1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:05.02.2018 10:49:01

Beynəlxalq Olimpiya Komitəsi (İOC) Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) maliyyələşdirilməsini dayandırıb.

"Report"un məlumatına görə, bu barədə İOC prezidenti Tomas Bax qurumun İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlama verib. Almaniyalı funksioner bildirib ki, İOC boksun bu il Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunları və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramına salınma məsələsinə yenidən baxa bilər. Bax AİBA-nın idarəetmə sisteminin araşdırılmasına başlanıldığını və ali boks təşkilatı ilə bütün təmasların dondurulduğunu vurğulayıb.

2017-ci ilin noyabrında AİBA İcraiyyə Komitəsi Çinq-Kuo Vunun qurumun prezidenti vəzifəsindən müvəqqəti kənarlaşdırılmasına dair qərar qəbul edib. Səbəb kimi maliyyə sərfiyyatı da daxil olmaqla, bir sıra nizam-intizam ittihamları göstərilib. Həmin ayın sonlarında Vu 11 ilədək rəhbərlik etdiyi təşkilatdan istefa verib. Onun səlahiyyətlərini AİBA-nın vitse-prezidenti Franko Falçinelli yerinə yetirib. Yanvarın sonlarında isə bu vəzifə müvəqqəti olaraq, Qafur Rəhimova həvalə olunub.

İOC İcraiyyə Komitəsi AİBA-dan aprelin 30-dək yeni hesabat gözlədiyini də bəyan edib.

Qeyd edək ki, AİBA 2011-ci ildə Azərbaycanın "Benkons" şirkətindən 10 milyon dollar kredit alsa da, hələ qaytarmayıb. Bugünlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş Növbədənkənar Konqresdə həmin vəsaitin ödənişinə 2021-ci ildən başlanılmasına dair qərar qəbul olunub. 


Boks olimpiada proqramından kənarlaşdırıla bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda çoxmərtəbəli binada yanğın olub, 8 nəfər təxliyə edilib
    Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m2 sahədə yanıb.
     25.02.2018
    İndoneziyada sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb
    İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
     25.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ