1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.07.2019 11:04:21

"Boeing 737 MAX" proqramının rəhbəri Erik Lidbland istefa verib, onun yerini Mark Cenks tutacaq.

"Boeing 737 MAX" proqramının rəhbəri Erik Lidbland istefa verib, onun yerini Mark Cenks tutacaq.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "Boeing" korporasiyasının "Kommersiya təyyarələri" bölümünün prezidenti Kevin Makkalister bildirib.

Erik Lidbland son bir il ərzində bu vəzifədə çalışıb, onun korporasiyadakı ümumi iş təcrübəsi isə 34 il təşkil edir. 

Qeyd edək ki, "Boeing 737 MAX" təyyarələrinin ABŞ və digər ölkələrdə uçuşu ötən ilin noyabr ayında və bu ilin mart ayında sözügedən avialayner modellərinin qəzaya uğramasından sonra qadağan edilib. Bu hadisələrdən sonra 20-yə yaxın ölkə hava məkanlarını bu tipli təyyarələrin uçuşu üçün bağlayıb, bir çox aviaşirkət isə "Boeing 737 МАХ 8"in istifadəsindən imtina edib. Hadisələrin səbəblərini araşdırarkən, təyyarənin manevretmənin korrektə sistemində (MCAS) boşluqlar aşkar edilib. Hazırda "Boeing" korporasiyası bu boşluqların aradan qaldırılması istiqamətində işlər görür.

Xatırladaq ki, "Azərbaycan Hava Yolları" (AZAL) "Boeing" korporasiyasından 10 "Boeing 737 MAX 8" tipli təyyarə sifariş etmişdi. Daha sonra aviaşirkət sifariş verdiyi "Boeing 737 MAX 8" təyyarələrinin başqaları ilə əvəzlənməsini bildirmişdi. "737 MAX 8" təyyarələrinin ilk partiyası artıq bu il Azərbaycana çatdırılmalı idi. Lakin yaranmış vəziyyətlə bağlı sözügedən avialaynerləri sifariş edən digər aviaşirkətlərdə də olduğu kimi, proses dayandırılıb.


"Boeing 737 MAX" proqramının rəhbəri istefa verib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ