EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.10.2017 15:54:49

BMT nümayəndəsi Myanmaya səfər edəcək.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman 13-17 oktyabr tarixlərində Myanmaya səfər etməyi planlaşdırır. Səfərin məqsədi adıçəkilən ölkənin Rakxayn ştatındakı mövcud böhrandan çıxış yollarını tapmaqdır.

Feltman bu fövqəladə məsələlərin həlli üçün Myanma rəhbərliyi ilə sıx əməkdaşlıq çərçivəsində konsultasiyalar keçirəcək. O, danışıqlar zamanı mövcud böhranın ilkin səbəblərinin aradan qaldırılması üçün təmsil etdiyi BMT ilə Myanma hakimiyyəti arasında konstruktiv əməkdaşlığın yoluna salınması istiqamətində də addımlar atacaq.

BMT Myanmadan hərbi əməliyyatlara son qoymağı və müsəlmanlara qarşı olan zorakılıqları dayandırmağı, humanitar yardımın edilməsinə şərait yaratmağı, qonşu Banqladeş ərazisində gizlənmək məcburiyyətində qalan Rohinca qaçqınlarının könüllü və təhlükəsiz şəkildə vətənlərinə geri dönmələri üçün şərait yaratmağı tələb edir.

Xatırladaq ki, Myanma rejimi və radikal buddistlər yerli Rohinca müsəlmanlarına qarşı etnik təmizləmə siyasəti yürüdür. Avqust ayının sonlarında başlamış yeni zorakılıq dalğaları nəticəsində minlərlə günahsız insan amansızcasına qətlə yetirilib və yaralanıb, yarım milyondan çox insan isə vətənini tərk etməli olub.


BMT müsəlmanlara yardım üçün Myanmaya gedir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ