BMT-nin Yəmən üzrə Humanitar Yardım Koordinatoru MakQoldrik "Yəməndəki aclıq və bənzəri görülməmiş vəba virusu insanların məhsuludur. Təxminən min adamın ölümünə səbəb olan virus qarşısı alına bilərdi.",- deyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəmən üzrə Humanitar Yardım Koordinatoru Cemi MakQoldrik (Jamie McGoldrick) Yəməndəki aclıq və yoluxucu xəstəliklərin siyasi problemlərdən qaynaqlandığını bildirərək, "Yəməndəki aclıq və bənzəri görülməmiş vəba virusu insanların məhsuludur. Təxminən min adamın ölümünə səbəb olan virus qarşısı alına bilərdi.",- deyib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, MakQoldrik etdiyi yazılı açıqlamada, Yəməndə insanların əli ilə yaradılan humanitar böhranın acı nəticələri olduğunu bildirib.
İnsanların aclıq həddində yaşamaları və yoluxucu xəstəliklərlə mübarizə aparmalarının səbəbinin siyasi olduğunu vurğulayan MakQoldrik "Bəşəriyyət siyasətə uduzdu"-, deyib
Yarısı uşaq 140 mindən çox insanın vəbaya tutulduğunu qeyd edən BMT koordinatoru açıqlamasında "Yəməndəki aclıq və bənzəri görülməmiş vəba virusu insanların məhsuludur. Təxminən min adamın ölümünə səbəb olan virusun qarşısı alına bilərdi.",- deyib.
"20 milyondan çox insan yardıma möhtacdır"
Bütün tərəflərə xalqın əziyyət çəkməsinə səbəb olan taktikalara son vermə çağrışı edən BMT koordinatoru MakQoldrik ölkədə 20 milyondan çox insanın humanitar yardıma möhtac olduğunu, ancaq qaynaqların tükənməyə başladığını bildirib.
Yeni ianələr gəlməməsi halında ən uzağı sentyabr ayına qədər yardım edə biləcəkləri xəbərdarlığı edən Cemi MakQoldrik hər ay orta hesabla 4 milyon insana yardım çatdığını, bunun da fond sıxıntısı səbəbindən başa çatmaq təhlükəsi ilə qarşı-qarşıya olduğunu bildirib.
BMT koordinatoru Yəmən barədə: "Bəşəriyyət siyasətə uduzdu"