EURO 2,0342 NEFT 56,86
USD 1,7008 RUB 0,0294
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.07.2017 12:05:42

BMT Raqqa şəhəri ilə bağlı məlumat yayıb.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, BMT-in Qaçqınların İşləri üzə Ali Komissarının İdarəsinin (QİAKİ) rəsmi nümayəndəsi Andrey Maxeviç Suriyanın İŞİD işğalı altında olan Raqqa şəhərində qalan insanlar və oradakı vəziyyət barədə danışıb.

“BMT hesab edir ki, Raqqa şəhərində 30 mindən 50 minədək insan qalır. Vəziyyət çox surətlə pisləşir, qida, su ehtiyatları və elektrik, tibbi və digər xidmətləri azalır. İnsanların şəhərdən təhlükəsiz şəkildə çıxışının təmin edilməsi son dərəcə zəruridir.”, - deyə o,jurnalistlərə bildirib.

BMT QİAKİ iyun ayının sonunda isə bildirmişdi ki, Raqqa şəhərində 100 min insan qalıb.

Maxeviç əlavə edib ki, BMT bazar ertəsi günü yaxınlıqda yerləşən Qamışlı şəhərinə 22 yük maşınından ibarət 4 humanitar yardım karvanı çatdıra bilib. Həmin yüklər isə Raqqadan olan qaçqınlar üçün nəzərdə tutulub. O, Hələbdən Qamışlıya aparan yolun açılmasını humanitar sahədə “irəliləyiş” adlandırıb. Qeyd edək ki, həmin yol 2 il ərzində bağlı olub.


BMT İŞİD “paytaxtındakı” vəziyyətlə bağlı məlumat yayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışını etdi
    Prezident İlham Əliyev sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib.
     24.09.2017
    Aldadıb 13 min manatını əlindən aldı - Bakıda
    Bakıda dələduzluq hadisəsi baş verib.
     24.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ