1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:07.12.2017 03:05:09

Antoniu Quterrişin sözlərinə görə, B planı yoxdur

Yerusəlimin status məsələsi yalnız İsrail və Fələstin arasında birbaşa danışıqlar çərçivəsində həll oluna bilər, ikitərəfli münaqişənin nizamlanması isə paytaxtı bu qədim şəhərdə olmaqla iki ayrı dövlətin yaranması ilə başa çatmalıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə BMT-nin baş katibi Antoniu Quterriş deyib.
"Yerusəlimin yekun statusu məsələsi iki tərəf arasında həm Fələstin, həm də İsrail tərəfinin qanuni istəkləri nəzərə alınmaqla BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələri əsasında birbaşa danışıqlar vasitəsi ilə həll olunmalıdır", - deyə dünya təşkilatının inzibati rəhbəri bildirib.
O, münaqişənin "sülh içində, təhlükəsizlikdə yaşayan" və hər ikisinin də paytaxtı Qüds olan iki dövlətin yaradılması yolu ilə nizamlanması formuluna alternativ olmadığını bildirib.
"B" planı yoxdur", - deyə o əlavə edib.


BMT Baş katibi: "Qüds həm İsrailin, həm də Fələstinin paytaxtı olmalıdır"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Biz bütün azad Fələstin sakinlərini cümə günü – qəzəb günü küçələrə çıxmağa çağırıb
     08.12.2017
    İslamazeri.com saytının baş redaktoru Ramin Bayramov saxlanılıb
    O, Türkiyənin İstanbul şəhərindən Bakıya gələrkən Hava limanında saxlanılıb
     07.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ