EURO 2,0003 NEFT 51,8
USD 1,7009 RUB 0,0288
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:31.01.2017 16:44:08

Sofizm=hiylə; misallarla

Necə ki, bir iddianın düzgün olması dəlil tələb edir, eləcə də, hansısa bir iddianın yanlış olduğunu göstərmək üçün dəlil lazımdır. Amma sofist düzgün iddianı qəbul etməmək üçün, yaxud öz dediyini isbat etmək üçün müxtəlif yollardan "məharətlə" istifadə edir:

1. Bu ki, bir şey deyil: “Əşi, bir şey deyil” deməklə, bir şeyin mühüm olduğu halda, onun mühüm bir şey olmadığını göstərməyə çalışmaq.

2. Mənşənin inkarı: Yəni iddianın ilk dəfə qəbul olunmaz şəxs tərəfindən deyildiyini vurğulayaraq inkar etmək. Məsələn, “Bu söz filan kitabda olduğundan əsassızdır”.

3. Birtərəfli: İddianın, yalnız mənfi tərəflərinin sadalanması nəticəsində heç bir müsbət cəhəti olmadığının göstərməyə çalışmaq. Məsələn, “Deyirsən ki, qızın oxumalıdır. Amma indi o oxusa, bəs kim bu evin işlərini görəcək?”

4. Araşdırılma: Yəni hər hansı bir iddianın, şəxsin özü, ya da əvvəlki sözü ilə uyğun olmadığını göstərməklə, iddianın düzgün olmadığı şübhəsini yaratmaq. Məsələn, “Onun siqaretin zərərləri haqda dediyi sözlərinin əhəmiyyəti yoxdur, çünki özü hamıdan çox çəkir”.

5. Xəcalət: “Bu elə bir sözdür ki, əgər qəlbinizi açsanız, onun doğru olduğunu görərsiniz” sözündən istifadə etməklə iddianı isbatsız qəbul etməyə çalışmaq. Yaxud: “Pozitivizm iqtisadiyyatında asanlıqla göstərmək olar ki,...”, “Asanlıqla” sözünü deməklə, istəyir desin ki, bu məsələ çox asan məsələdir, əgər başadüşməsən, ayıb olar sənə! Və ya “Kantın Transendental fəlsəfəsinə görə...”, “Kantın fəlsəfəsi deyir, mən demirəm” deməklə, istəyir desin ki, ya sözümü qəbul et, ya da Kantı oxumadığını etiraf edərək, xəcalət çək!

6. “Bunu uşaqlar belə, bilir”, cümləsindən istifadə etməklə, iddianı aşkar bir bilik kimi qələmə vermək. 
"Sənin dediyin bu sözü, körpə uşaq da bilir!"

7. Təhqir: “Bunu, yalnız filankəslərdən (təhqir) başqa hamı qəbul edir” sözündən istifadə etmək.

8. Sübut tələb etmə: “Əgər qəbul etmirsənsə, bunun ziddinə sübut gətir”. Halbuki iddiaçı sübut gətirməlidir.

9. Təkrar: Təkrarlama psixoloji təsirə malikdir. Bunun da müxtəlif səbəbləri var və psixologiya elminin mövzusudur. Məsələn, “Yüz dəfə demişəm ki, bu belə deyil, yenə də öz bildiyinizi edirsiniz”.  Bəli, ola bilər 100 dəfə deyib, amma yüzündə də səhv deyibdir.

10. Mənfəət: İddianın mənfəətli olduğunu deyib, kimisə təsir altına salaraq, onu qəbul etdirmək. Bu zaman da sofizm edən, qarşı tərəfin hansı halda olduğundan istifadə edir.

11. Təhdid: Qəbul etməyəcəyi halda, zərər yetiriləcəyini vurğulayaraq iddianın qəbul edilməsinə nail olmaq.

12. Sevgi: Obrazlı ifadələrlə qəlblərdə sevgi oyadaraq iddianın qəbuluna nail olmaq.

13. Xəyal: Qarşı tərəfin xəyalpərəstliyindən istifadə edərək, onun da arzusu olan iddianın qəbuluna nail olmaq.

14. Nisbət: İddianın qeyri-mütəxəssisə, amma məşhur bir şəxsə istinad edilərək qəbul etdirilməsi. Məsələn, iqtisadi mövzu ilə bağlı iddianı Eynşteynə istinad edərək qəbul etdirmək.
Bəli, Eynşteyn böyük fizikaçıdır, amma iqtisadçı deyil. Yaxud filan ustad böyük müctehiddir, amma həkim deyil.

15. İstiqaməti dəyişmə: Dinləyənin diqqətini əsas mövzudan tamamilə fərqli olan başqa bir istiqamətdəki mövzuya tərəf yönəltmək. Məsələn:
- Siz həmişə öz mənafeyinizi düşünürsünüz və elə kitablar çap edirsiniz ki, gəliri çox olsun. 
- Əlbəttə, zövqlər müxtəlifdir. Neçə il bundan əvvəl çalışırdıq ki, kitablarımızı gözəl cilddə çap edək. Amma gördük ki, bu cildlər tez xarab olur. Buna görə də cildləri dəyişdirdik və müştərilər də belə cildləri daha çox qəbul edirlər.

16. Lətifə: Lətifə vasitəsilə zehni əsas məqsəddən yayındırmaq. Məsələn, bir şəxsin ciddi sözündən sonra, belə demək: “Sənin bu sözün, yadıma bir lətifə saldı...”. 
Bu üslubla da fikirləri yayındırmaq, yaxud danışanı ələ salmaq.

17. Əlbəttə, amma...: Məsələn, “Əlbəttə ki, mən vaxtımın bitdiyini bilirəm, amma yaxşı olar qeyd edim ki, ...”

18. İddiaya zidd predmetin istisnası: Məsələn:
-Oğluma borc verə bilərsinizmi? BİLİRSİNİZ ki, biz borcların qaytarılmasında əmanətdarıq.
-Amma oğlunuz əvvəlki borcu hələ qaytarmayıb!
Burada "bilirsiniz" deməklə, müddəanı bizə inandırmağa çalışılır.

 

Virtual əl-Mustafa Universiteti


Bizi necə aldadırlar?!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir - Məleykə Abbaszadə
    “İki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək”.
     23.08.2017
    Səəd Həriri
    Livanın baş naziri “Hizbullah”-ın Suriyada terrorla mübarizə məsələsinə münasibət bildirməkdən imtina edib.
     23.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ