EURO 2,0024 NEFT 78,2
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:18.09.2017 16:47:36

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 2017-2018-ci tədris ili üçün I sinfə şagird qəbulunun III mərhələsinə start verilib.

İdarədən bildirilib ki, bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərməklə, BŞTİ-yə yazılı müraciəti əsasında sentaybrın 16-dan oktyabrın 15-dək aparılır. Həmin müddətdən sonra müraciətlər qəbul olunmayacaq.

Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər. Sənədlər qəbul olunduqdan sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulu bu il martın 15-dən başlayıb. Bu vaxtadək proses artıq 2 mərhələdə həyata keçirilib. Dərslərin başlanmasına baxmayaraq, üzrlü səbəblərdən gecikən valideynlərin müraciətlərinin davam etdiyi nəzərə alınaraq, uşaqların I sinfə qəbulu üzrə elektron qeydiyyatın və məktəblərdə sənəd qəbulunun oktyabrın 15-dək aparılmasına dair qərar verilib.

Sentyabrın 18-nə olan məlumata əsasən isə BŞTİ-nin nəzdindəki ümumi təhsil müəssisələrinin I sinfində 46951 şagird təhsil alır.


Birinci sinfə şagird qəbulunun vaxtı uzadıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Az-Nar”ın səhmdarlarının yığıncağı keçiriləcək
    Ləğv prosesində olan Teymur Əhmədov adına “AZNAR” QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
     22.09.2018
    Bu gün Azərbaycanın daha 3 cüdoçusu dünya çempionatında mübarizəyə qoşulacaq
    Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha 3 cüdoçusu tatami üzərinə çıxacaq.
     22.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ