EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:15.09.2017 10:16:49

Orta məktəblərdə yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Bu il 164 mindən çox uşaq birinci sinfə gedəcək. Hazırda valideynlər məktəbli forması və dərs ləvazimatı almaqla məşğuldurlar.

Pediatr Vaqif Qarayev şagird valideynlərinə bir sıra tövsiyələr verib. V.Qarayev Trend-ə bildirib ki, valideynlər övladları üçün məktəbli forması və ləvazimat alarkən diqqətli olmalıdır.

Pediatr tövsiyə edir ki, məktəbli çantaları uşağın fiziki parametrlərinə uyğun, yüngül olsa daha yaxşıdır, çünki ağır çantalar uşağın qamətini deformasiya edir. Onun sözlərinə görə, çantanın çəkisi uşağın çəkisinin təqribən 10 faizindən çox olmamalıdır: “Yəni 6 yaşlı uşağın normalda çəkisi təqribən 22 kq edir və belə olan halda təxminən 2-2,5 kq ağırlığında çanta daşıya bilər”.

V.Qarayev həmçinin valideynlərə sintetik materialdan hazırlanmış paltarlar almamağı tövsiyə edir: “Nisbətən baha olsa da, valideynlər çalışıb təbii materialdan olan paltarlar almalıdır. Çünki sintetik materialdan hazırlanmış paltarlarda dəri "nəfəs almır", yəni soyuqda soyuq, istidə isti olur".

Pediatr eyni zamanda vurğulayıb ki, uşaqların düzgün oturma qaydaları var: “Sanitar normalara görə partanın, stulun ölçüləri var. Həm də uşağın gözü ilə partanın arasındakı məsafə də sanitar normalara uyğun olmalıdır - təxminən 30 sm, amma uşaq evdə də, məktəbdə də belini qətiyyən əyməməli, qamətini düzgün tutub bu məsafəni saxlamalıdır”.


Birinci sinfə gedən şagirdlərlə bağlı həkim məsləhəti - Valideynlərin nəzərinə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD Raqqanı tərk etməzdən əvvəl şəhərdə hər bir tikilini minalayıb
    İŞİD terror qruplaşmasının silahlıları Suriyanın Raqqa şəhərini tərk etməzdən əvvəl onun ərazisindəki hər bir tikilini minalayıblar.
     19.11.2017
    Sabirabadda iki avtomobil toqquşub: Yaralanan var
    Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ