EURO 2,0849 NEFT 68,61
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:16.07.2017 19:00:00

Gənclər aprel döyüşlərində şəhid olmuş Emin Bağırovun ailəsini ziyarət edib.

İslamazeri.com xəbər verir ki, onlar əvvəlcə şəhidin məzarını ziyarət edib. Ardınca Emin Bağırovun evinə baş çəkən gənclər ailəsi ilə görüşüblər.
Şəhid haqqında söhbət zamanı atası İmran Bağırov oğlunun şücaətindən, döyüşdən öncəki ruhiyyəsindən danışıb.

İmran kişi evlərində İmam Hüseyn (ə) məclislərinin keçirilidiyini bildirib: "Bu evdə 2004-cü ildən İmam Hüseyn (ə) məclisləri keçirilir, ehsan verilir. Emin də bu məclislərin təşkilində təkid edirdi. Namaz qılırdı".

Atası İmaran Bağırov qeyd edib ki, şəhid olmaq oğlunun arzusu olub: "Şəhid olmaq arzusu idi. Şəhid olmamışdan öncə mayor soruşub ki, müddətin bitib evə - valideynlərinin yanına getmək istəyirsən, yoxsa qalıb Vətən üçün döyüşmək? Emin də deyib ki, Vətən elə ata-anadır, qalıb döyüşəcəm."

Gənclər aprel döyüşlərində qəhrəmanlıq göstərərək canından keçən şəhidimizə Allahdan rəhmət diləyib və ruhuna dualar oxuyub.

Xatırladaq ki, Emin Bağırov 2016-ci ilin aprel ayında cəbhədə ordumuzla Ermənistan silahlı bölmələri arasında 4 gün davam edən döyüşlər zamanı həlak olub.


Bir qrup gənc şəhidin doğum günündə məzarını və ailəsini ziyarət edib - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Elmar Məmmədyarov  Krakov görüşünün nəticələrini açıqladı
    Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Naziri Elmar Məmmədyarov açıqlama verib
     19.01.2018
    Ermənilər snayper tüfənglərindən mövqelərimizi atəşə tutub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
     19.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ