EURO 1,8999 NEFT 45,54
USD 1,7022 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:16.05.2017 18:00:25

Aprel ayı ərzində isə 9653 nəfər müayinədən keçib.

Bu ilin aprel ayı ərzində nikaha daxil olmaq istəyənlərin 301 nəfərində talassemiya daşıyıcılığı, 40 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS aşkar olunub.

İslamazeri.com Trend-ə istinadən verdiyi məlumata görə, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu vaxtdan - 2015-ci ilin 1 iyun tarixindən bu ilin aprel ayının sonuna qədər müayinədən 268174 nəfər keçib. Aprel ayı ərzində isə 9653 nəfər müayinədən keçib.

1 iyun 2015-ci il - 30 aprel 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.

Qeyd edək ki, “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.


Bir ay ərzində evlənmək istəyən 7 nəfərdə QİÇS aşkarlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Onlar istehlakçıların hüquqlarını pozmaqla məşğuldurlar."
     24.06.2017
    Afrikadakı İslam Respublikasında da Qüds günü qeyd edilib
    İslamazeri.com "Al Alam"a istinadən Afrikada yerləşən müsəlman dövləti Mavritaniyada keçirilən Qüds günü ilə bağlı yürüyüş və tədbirlərdən fotoları təqdim edir.
     24.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ