EURO 1,955 NEFT 79,57
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:19.07.2017 14:10:35

Ötən ilin noyabrında ayaqlarında damar genişlənməsi əməliyyatı aparılan qadın hələ də yataq şəraitində müalicə alır.

"Ayağımı əməliyyat ediblər, tibbi bintin sapları da, çıxarmalı olduqları damar da içəridə qalıb. 8 ay keçib, məni hələ də xərəkdə xəstəxanalara daşıyırlar".

Bakı sakini Şölə Quliyeva deyir, hər iki ayağındakı damar genişlənməsindən (varikoz) əziyyət çəkdiyi üçün ötən ilin noyabrında Səhiyyə Nazirliyinin nəzdindəki Xüsusiləşdirilmiş Angioloji Mərkəzə müraciət edib. Müayinələrdən sonra həkimlər təcili əməliyyata ehtiyac olduğunu bildiriblər.

Əməliyyat gerçəkləşib, amma həkimlər nəinki xəstənin ayaqlarını, heç yaralarını da sağalda bilməyiblər. Şölə xanım, nə az-nə çox, düz 2 ay xəstəxanada qalıb. Bu ilin yanvarında o, yaraları tam sağalmamış vəziyyətdə evə buraxılıb:

“Elə bil damarı özüm dartıb çıxarmalıydım...”

"Yaralardan hələ də çirk gəlir... Gedirəm həmin xəstəxanaya, hər dəfə az qala bir ovuc tibbi bint sapı çıxarıb yola salırlar. Yaralar bitişmir, həkim də yıxır öz üstümə, deyir, orqanizmin belədir. Hara getdimsə, müayinə etdilər, dedilər, əməliyyat səhv aparılıb. İş orasındadır, əməliyyatı səhv aparan həkimlər bu gerçəklə razılaşmırlar. "Yaranın içindən hər dəfə bir topa sap çıxarırlar, deyirlər, günah xəstədədir, elə bil sapı ora mən yığmışam. Çıxarılmalı damarın yarısını kəsib içəridə saxlayıblar, özlərini elə aparırlar ki, elə bil damarı özüm dartıb çıxarmalıydım. Səhvlərini boyunlarına almaqdansa, adamın özünü borclu çıxarırlar".

Şölə xanım səhv əməliyyat üzündən 8 ayda xeyli maddi zərərə düşdüyünü də iddia edir.

“Müdaxilə edir, sonra da həkimin yaxasından yapışırlar”

Angioloji Mərkəzdən azadliq.org-a bildirilib ki, əməliyyatın səhv aparılması mümkün deyil: "Bəzən xəstələr özləri yaraya müdaxilə edirlər, sonra da həkimin yaxasından yapışırlar".

Səhiyyə Nazirliyindən isə bildirilib ki, məsələni araşdırmaq üçün komissiya yaradıla bilər. Ancaq bundan ötrü gərək əvvəl Şölə Quliyeva quruma rəsmi müraciət etsin.


"Bintin sapları da, çıxarmalı olduqları damar da içəridə qalıb" - Xəstə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənistan münaqişənin həllində beynəlxalq səylərə xələl gətirir - XİN
    Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində məlumat verilir.
     18.10.2018
    Prezident bu şəxslərin maaşlarını artırdı: 2000 manat
    İlham Əliyev Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
     18.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ