1. http://www.islamazeri.az/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.01.2017 15:42:23

"Prezident gələnə qədər o dirəklərdə işıqlar yanırdı."

Binə qəsəbəsinin Əli İsazadə küçəsində yeni təmirdən çıxmış daxili avtomobil yolunda gecələr göz gözü görmür. Belə ki, burada günün qaranlıq saatlarında hərəkətin normal təşkili üçün yolboyu müasir işıqlandırma sistemi qurulsa da, işıqlar yanmır.

Bu barədə “Bizim Yol”a Binə sakini bildirib. Onun sözlərinə görə, əhali arasında “Südçülük sovxozu”na gedən yol kimi tanınan bu küçə uzun müddət təmir olunmadığı üçün onun hərəkət hissəsi yararsız vəziyyətə düşmüşdü. Uzunluğu 4,5 kilometr olan küçənin həm də ensiz olması nəqliyyat vasitələrinin xüsusən də payız-qış mövsümündə hərəkəti üçün xeyli çətinliklər yaradırdı. Artıq bu problem aradan qaldırılıb.

“Ötən ilin dekabrın 26-da iki il davam edən təmirdən sonra yolun açılışı oldu. Dövlət başçısı da mərasimdə iştirak etdi. İki tərəfli geniş yolun ortasında çox gözəl və gözoxşayan işıq dirəkləri qoydular. Prezident gələnə qədər o dirəklərdə işıqlar yanırdı. Açılışdan dərhal sonra işığın yandığını görən olmadı. Nəticədə insan həyatına və əmlakına təhlükə yaranıb”,-deyə sakin bildirib.
Yenidən qurulan Əli İsazadə küçəsi Heydər Əliyev prospekti-Hava Limanı-Mərdəkan avtomagistralındakı mövcud yol qovşağından istifadə etməklə Binə, Mərdəkan, Bilgəh, Qala, Pirallahı qəsəbələrinə və şəhərin mərkəzinə doğru əhalinin rahat gediş və gəlişini təmin etməyə imkan yaradır.


Binədə yeni çəkilən yolda göz gözü görmür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Netanyahu və Tramp İranı müzakirə edəcəklər
    İsrail rejiminin Baş naziri ilə ABŞ-ın yeni Prezidenti İranı müzakirə edəcəklər.
     23.01.2017
    Böyük Britaniyadakı Bəhreyn səfirliyi qarşısında mitinq: Etirazçıların üzərinə qaynar su töküldü
    İngiltərədə yaşayan bəhreynlilər Ali-Xəlifə səfirliyi önündə etiraz aksiyası keçiriblər.
     23.01.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ