EURO 1,9245 NEFT 65,37
USD 1,7 RUB 0,0252
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:26.10.2018 22:59:37

"Pələng dəstəsi" adlı 50 nəfərlik komanda ölkə daxilində və xaricində müxaliflərini ovlayaraq öldürdüyünü yazıb.

İngiltərənin "Middle East I" mediası ərəbistanlı bir mənbəyə istinadən verdiyi hesabatında, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın "Pələng dəstəsi" adlı 50 nəfərlik bir komanda qurduğunu və ölkə daxilində və xaricində müxaliflərini ovlayaraq öldürdüyünü yazıb.

İslamazeri.com xəbər verir ki, Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanlarının gizli məlumatlarını əlində olan ərəbistanlı bir mənbə ən yeni ifşasında "Middle East I" saytına verdiyi açıqlamada, "Pələng dəstəsi"nin ABŞ-ın xüsusi xidmət orqanlarına məlum olan bir komanda olduğunu, bu dəstənin bir il əvvəl 50 peşəkar qatilin iştirakı ilə yaradıldığını və hərbi və kəşfiyyat əməliyyatları apardığını bildirib.

Ərəbistanlı mənbə belə davam edib: "Pələng dəstəsi"nin etdiyi edam üsulları müxtəlifdir və bəzən Camal Qaşıqçı cinayətində olduğu kimi işlənən cinayət ifşa edilir, ancaq bir çox halda işlənən cinayətə qəza və ya yanğın kimi görüntü verilir, amma bəzən də müxalifləri xəstəxanada və ya müayinə üçün müraciət etdikləri həkimin klinikasında ölümcül viruslarla yox edirlər.

Mənbə general Əhməd Əsirinin "Pələng dəstəsi"nin üzvlərindən biri olduğunu, Əsirinin əvvəllər Ərəbistanın kəşfiyyat rəhbərinin müavini olduğunu, ancaq keçən həftə Camal Qaşıqçı qətlindən sonra beynəlxalq təzyiqlər səbəbilə bu vəzifədən azad olunduğunu, Əsirinin yoldaşları arasında da "Cənub pələngi" ləqəbi ilə tanındığını qeyd edib.


Bin Salman “Pələng dəstəsi” ölkə daxilində və xaricində müxaliflərini ovlayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 13.11.18-nin 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 13.11.18-nin 4 önəmli xəbəri - VİDEO
     13.11.2018
    Müəllim qalstuksuz gələn tələbələri döydü - VİDEO
    Hadisə Özbəkistandan baş verib.
     13.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ