EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:09.02.2019 11:31:04

2018-ci ildə iki ölkə arasında iqtisadi əlaqələr 73 faiz artıb

"Azərbaycan-İran münasibətləri qızıl dövrünü yaşayır".

Azvision.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib. Səfr qeyd edib ki, bəzi ölkələr İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə qısqanclıqla yanaşırlar:
"Bütün bunlara baxmayaraq, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Hazırda əlaqalərimiz bütün səviyyələrdə inkişaf edir. Təsadüfi deyil ki, iki ölkə prezidenti son 5 ildə 12 dəfə görüşüb. İrana iraqlılardan sonra ikinci ən çox səfər edən Azərbaycan vətəndaşlarıdır".

Səfir vurğulayıb ki, İran və Azərbaycanda möhkəm sabitlik hökm sürür: "Bu, çox sevindirici haldır. Amma hər iki ölkədə sabitliyə böyük zəhmət çəkilir".

İranlı diplomat əlavə edib ki, 2018-ci ildə iki ölkə arasında iqtisadi əlaqələr 73 faiz artıb: "Ticari əlaqələrin 5 milyard dollara çatdırılması planlaşdırılır".


“Bəzi ölkələr İran-Azərbaycan münasibətlərini qısqanır” - Səfir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xocalı faciəsinin canlı şahidi: “Gözümün önündə bibimi və övladını qətlə yetirdilər” - MÜSAHİBƏ
    O, 13 yaşında ən yaxın ailə üzvlərindən 71 nəfərini itirib.
     23.02.2019
    Bu şəxslərin duaları geri qaytarılmır
    Hədislərdən gələn məbələrə əsasən, bir dəstənin duası geri qaytarılmaz
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ