1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:12.02.2019 11:50:54

O, mütəşəkkil dəstə qurmadıqlarını, bankın pullarını mənimsəmədiyini söyləyib.

“Beynəlxalq Bank” işi üzrə 4.7 milyardlıq mənimsəmədə təqsirləndirilən şəxslər ifadə verib

“Milli Məclisədə Sərdar Məmmədov adlı şəxs məni Dünyamin Xəlilovla tanış etdi. Söküntü işləri ilə bağlı bankdan kredit götürmək üçün Dünyamin Xəlilova müraciət etdim. Sonra onunla 25 faizə razılaşıq. İşin gedişində Dünyamin müəllim forma 2-yə qol çəkməyimi istədim, 4 dəfə buna etiraz elədim. Çünki məbləğlər çox şişirdilmişdi, onunla razı olmadım. Dünyamin Xəlilova bildirdim ki, “məni öldürsən də forma 2-yə qol çəkən deyiləm” söylədim. Daha sonra işin xətrinə bir neçə forma 2-yə qol çəkdim. Çünki iş yarımçıq, camaat çöldə qalmışdı”.

Bizimyol.info xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə “Beynəlxalq Bank” işi üzrə təqsirləndirilən Arif Mədətov deyib. Arif Mədətov ailə üvzləri ilə birlikdə 2001-ci ildə “Abidə” MTK şirkətini yaradıb. Cinayət materiallarına əsasən, o, Beynəlxalq Bankdan 22 milyon 450 min manatlıq kredit götürüb. Məhkəmədə elan olunub ki, itriham aktına əsasən, A.Mədətov Beynəlxaq Bankın 3 milyon 226 min manat pulunu mənimsəyib. A.Mədətov həmin məbləği təsdiqləyib: “Deməzdim ki, mənimsğmişəm. Düzdü, həmin vaxt forma 2-də şişirdilmə olmuşdu”.
A.Mədətov deyib ki, bu işlərlə bağlı bir dəfə C.Hacıyevlə görüşsə də, ancaq Dünyamin Xəlilovun sifarişini yerinə yetirib. “Bankdan pullar köçürülən 100 ailənin hesaabına köçürülüb”.

 

“Ümumilikdə 44 milyon manatlıq pul köçürmə sənədlərinə imza atmışam”

Təqsirləndirilən şəxslərdən Natiq İmanov da sərbəst ifadə verib.

O bildirib ki, 2011-ci ildə Dünyamin Xəlilov tərəfindən “Soik Constraction” MMC-nin direktoru vəzifəsində təyin olunub. “Şirkətin işi Bakıda 4 bloklu bina tikmək idi. Mənim işim işim isə həmin ərazidə yaşayan sakinləri köçürmək olub”.

N.İmanov sualları cavablandırarkən deyib ki, 12 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunur: “Şirkətin möhrü də məndə olurdu. Mən Dünyamin Xəlilovun göstərişi ilə Beynəlxalq Banka gedirdim. Bankın Mərkəzi filialında Azər adlı şəxs məni qarşılayırdı. O, hazırladığı sənədlərə imza atırdım və pullar evlərini aldığımız vətəndaşların hesabına köçürdü. Hər dəfə banka gedib, sənədlərə imza atanda 1.5 milyon manat pul göçürülürdü. Amma mən nağd pul götürmürdüm. “İşim ancaq bankda sənədlərə qol çəkmək olub. Ümumilikdə 44 milyon manatlıq pul köçürmə sənədlərinə imza atmışam”.

O bildirib ki, şirkətdə direktor işlədiyi dövürdə rəsmi olaraq 200 manat maaş alıb, qeyri-rəsmi olaraq isə Dünyamin Xəlilovdan 2000 manat maaş alıb. rdım. Pulu da Beynəlxaq Bankdan nağd şəkildə əldə etmişəm. Banka gedib, pulumu alıb, sənədə imza atırdım. Bütün hesabatları da şəxsən Dünyamin Xəlilova verirdim. Bankın kassasına ümumilikdə imza atdığım 12 milyon manat pul elə kassada qalırdı. Sonra Dünyamin müəllim adam göndərib, həmin pulları çıxardırdı. Mən bankdan nağd pul çıxartmamışam”.

 

“Rəhbər olsam da, şirkətdə sadəcə əmək haqqı alırdım”

Təqsirləndirilən Sadıx Murtuzayev ifadəsində deyib ki, 2006-2007-ci illərdə rəhbəri olduğu “Alfaline” şirkətinə Beynəlxalq Bankdan 14 milyon manat kredit ayrılıb. O, bu işləri D.Xəlilovun istəyi ilə etdiyini bildirib və rəhbər olsa da, şirkətdə sadəcə əmək haqqı aldığını deyib: : “Şirkətimiz mühəndis şirkətlərini maliyyələşdirdi. Mən şəxsən həmin maliyyələşmə zamanı orada iştirak etməmişəm. Sadəcə sənədlərə qol çəkmişəm. 2010-cu ildə isə şirkətdən ayrılmışam, ancaq şirkət mənim adımda qalmışdı”.

Proses davam edəcək.

Cahangir Hacıyevlə birlikdə onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov da ittiham edilir.

Onlara qarşı mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması, vergidən yayınma və başqa maddələrlə ittihamlar irəli sürülüb.

İş üzrə zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” tanınıb. Mülki iddiaçı “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı 3 milyard 700 min manatdan artıq, Vergilər Nazirliyi isə 1 milyon 752 min 359 manatlıq mülki iddia qaldırdırıb.

C.Hacıyev və digərləri özlərini təqsirli bilmədiklərini, mülki iddiaları da qəbul etmədiklərini deyiblər.

 

"”İnter” Peşəkar Futbol Klubunun hesabına 200 min ABŞ dolları köçürülüb"

Posesdə ifadə verən təqsirləndirilən Dünyamin Xəlilov Cahangir Hacıyevlə 40 ildir dostluq etdiyini, ailəvi gediş-gəlişlərinin olduğunu bildirsə də, onunla heç bir biznes əlaqəsi olmadəğənə vurğulayıb.

O bildirib ki, C.Hacıyev tərəfindən “General Consalting” şirkətinin direktoru vəzifəsinə təyin edilib, iki il orada çalışıb. 2005-ci ilin əvvəllərindən isə xarici şirkətlərdə layihələr həyata keçirməyə başladığı üçün biznes fəaliyyəti genişlənib və yeni MMC-lər yaradıb. Xəlilov deyib ki, bir neçə şəxsi də həmin şirkətin direktoru vəzifəsinə təyin edib. “Qanuna əsasən, Beynəlxalq Bank xarici şirkətləri maliyyələşdirə bilməzdi. Ona görə də xarici şirkətlərə pul köçürmələri həmin MMC-lər vasitəsi həyata keçirmişik. “Kargin” şirkəti ilə “Pərvanə” MMC arasında müqavilə bağlanılıb və xaricdən ölkəyə yağ gətirilib. Həmin yağ da satılıb, pullar da Beynəlxalq Banka qaytarılıb”.
Layihələrə sərf edilən pulları açıqlan D.Xəlilov söyləyib ki, “İnter” Peşəkar Futbol Klubunun (hazırkı “Keşlə” klubu) hesabına 200 min ABŞ dolları köçürülüb.

O, mütəşəkkil dəstə qurmadıqlarını, bankın pullarını mənimsəmədiyini söyləyib.

Proses fevralın 15-də davam edəcək


“Beynəlxalq Bank” işi üzrə 4.7 milyardlıq mənimsəmədə təqsirləndirilən şəxslər ifadə verib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ