EURO 1,9963 NEFT 51,11
USD 1,7008 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.01.2017 12:46:18

"Çox güman ki, bu özünü doğruldacaq."

Yasamal rayonunda "Beşmərtəbə" adlanan dairədən Azərbaycan prospekti istiqamətində avtomobillərin hərəkəti üçün yeni zolaq yaradılıb.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, hazırda həmin dəyişikliklə əlaqədar "Beşmərtəbə" dairəsində xronometraj aparılır:

"Çox güman ki, bu özünü doğruldacaq. Bir neçə günlük xronometrajın nəticələrinə baxılacaq. Əgər bu, ərazidə sıxlığı aradan qaldırsa, həmin zolaq avtomobillərin daimi istifadəsinə veriləcək”.

Bölmə rəisinin sözlərinə görə, ərazidəki təhlükəsizlik zolağından Azərbaycan prospekti istiqamətində hərəkətdə olan avtomobillər üçün bir zolağın açılmasında məqsəd təhlükəsizliyi təmin etmək, sıxlığın qarşısını almaqdır.


"Beşmərtəbə" dairəsində yeni zolaq salınır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya BMT-yə müraciət etdi: ABŞ koalisiyası dağıdılsın!
    Suriya BMT TŞ-ya müraciət etdi.
     18.08.2017
    Vəkil Tale Bağırzadə və Abbas Hüseynlə görüşüb
    Ombudsman Aparatının, Penitensiar Xidmətin və Qırmızı Xaç Komitəsinin nümayəndələri onlara baş çəkib.
     18.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ