EURO 2,0032 NEFT 63,37
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:05.04.2017 11:24:53

"Al Masdar News"da İdlibdəki kimyəvi silah hücumu iddiaları haqqında Paul Antonopoulos imzası ilə yayımlanan məqaləni "İslamazeri.com" oxucuları üçün paylaşırıq...

"Al Masdar News"da İdlibdəki kimyəvi silah hücumu iddiaları haqqında Paul Antonopoulos imzası ilə yayımlanan məqaləni tərcümə edərək "İslamazeri.com" oxucuları üçün paylaşırıq...

Suriyada "müxalifətçilər" bu həftə davam etməsi gözlənilən Cenevrə sülh danışıqlarının ərəfəsində yenə bir kimyəvi silah iddiası ortaya atıb. Kimyəvi hücum edildiyi iddia edilən Xan Şeyxun Suriya ordusunun radikal terrorçulardan geri almaq üçün həmlə edəcəyi strateji mövqelər arasında yer alır.

Dünən İdlibdəki dəhşətli qaz hücumunda ən azı 58 nəfər həyatını itirib. Ancaq hələ ki, araşdırmalar belə başlamadan və sübutlar ortaya çıxmamışdan Avropa Birliyi Xarici İşlər və Təhlükəsizlik Siyasəti Üzrə Ali Nümayəndəsi olan İtalyan siyasətçi Federika Moqerini "Əsəd rejimi bu "qorxunc" Suriya "kimyəvi" təcavüzündən cavabdehdir" - deyərək Suriya hökumətini qınayıb.

Aİ-nin yüksək səviyyəli rəsmisinin haradasa anında etdiyi günahlandırma faciənin arxasındakı həqiqət hələ anlaşılmadan ictimaiyyətin fəryadına təkan verən təhlükəli bir presedent yaradıb.

İsrail Baş naziri Benyamin Netanyahu və Beynəlxalq Əfv Təşkilatı qınama mərasimində sıraya keçdilər.

Güya Suriya hökumətinin həyata keçirdiyi Xan Şeyxundakı kimyəvi silah hücumundan yalnız bir neçə saat sonra "əl-Qaidə" əlaqəli "Ağ Dəbilqəlilər"in iddialarını təkzib edən müxalif mənbələrdən gələn xəbərlərlə kəsirlər yaranmağa başladı.
Məsələn, yuxarıdakı şəkildə görüldüyü kimi "Ağ Dəbilqəlilər" insanların ölü bədənlərini lazımlı təhlükəsizlik tədbirləri olmadan, xüsusən davamlı istifadə edilən maskalarla və əlcəksiz tuturlar. Bunlar əhəmiyyətsiz kimi görünsə də, istifadə edildiyi iddia edilən sarin qazının nəyə bənzədiyini anlamaq sual işarələrini bərabərində gətirir.

Sarin qazına məruz qalması ilə başlayan bir neçə saniyə içərisində, qazın təsiri əzələ və sinir sistemini vurmağa başlayır. Bağırsaq və sidik kisəsinin demək olar ki, dərhal zəifləməsi və qusmanın başlamasından söhbət gedir. Sarin qazının sıx bir yerdə istifadə edilməsi minlərlə insanın ölümünə səbəb ola bilir. Ancaq bu qədər təhlükəli qaz var ikən, "Ağ Dəbilqəlilər" cansız bədənlərə açıq dəriləri ilə müdaxilə edirlər. Bu vəziyyət bir çox sualı ortaya çıxarır.

Ortaya çıxan suallardan biri də sarin qazı qurbanları ilə dolu bir xəstəxananın həkiminin necə olur ki, "tweet" paylaşmağa və videogörüş etməyə vaxtı olur? Bu sual böyük ehtimalla görməzdən gəlinib, unudulacaq.

(Terrorçu Məhəmməd Alluş qaz mütəxəssisi deyil, sadəcə bu cinayətin tərəfdaşlarından biridir)



(Hmm. "Xəstələr axın-axın gəlir, AMMA bu (qaz hücumunun ortasında görünən) "həkimin video çəkməyə, "tweet" paylaşmağa və videogörüş etməyə vaxtı var.

- Sarin hücumlarına dair son xəbərlər. Xəstələr axın-axın gəlməyə davam edir. Bu uşaq ailəsiz gətirildi. Ailəsi yəqin ki öldü

- Xəstəxana bugünkü sarin hücumundan dolayı doludur. Sübut istəyənlərlə videogörüş edə bilərəm.

- Üzərimizdə sarin istifadə edildiyinə dair hələ də şübhələriniz mi var? Toplu iynə başı göz bəbəkləri! Nümunələrimiz var. Vecinizədi? Bunu kim dayandıracaq?

Əl-Məcdəl və Xəttabda təxminən 250 nəfərin ötən həftə "əl-Qaidə" terrorçuları tərəfindən qaçırıldığı məlumdur. Yerli mənbələr kimyəvi silahlardan ölənlərin çoxunun El-Majdal və Khattabdan qaçanlardan olduğunu iddia edir.

Buradan çıxarılacaq nəticə, yaxın gələcəkdəki sülh danışıqlarının ərəfəsində terrorçuların yenə bir yanıltma ssenarisi yaratdığıdır. Bu vəziyyət 2013-cü ildə BMT-in silah auditorlarının Dəməşqə gəldiyi gün Suriya Ordusunun kütləvi qırğın silahı istifadə etməklə günahlandırıldığı Xan əl-Əsəl kimyəvi silah hücumu ilə bənzərlik göstərir. Hadisədən sonra, BMT silah auditoru Karla del Ponte bu vəhşiliyi Suriya dövlətinin həyata keçirdiyinə dair bir dəlil olmadığını söyləmişdi. Ancaq bu Suriyaya müdaxilə çağırışlarını dayandırmadı; Militanların da Xan əl-Əsəldə mülki insanlara qarşı istifadə etdikləri kimyəvi silahların nəticəsində ümid etdikləri bu idi.

Buna görə Orient TV-nin Rusiya və Suriyanın Həmada terrorçulara qarşı keçirdiyi hava hücumları üçün hava qüvvələrinin kimyəvi silah istifadə etdiyinə dair ittihamlar ehtiva edən "media kampaniyasını" onsuz da hazırlamış olması heç də ki, sürpriz deyil. Və deyilənlərə görə, Suriya hökumətinin kimyəvi silahlar istifadə etdiyinə dair deyilən xəbərlər bu ittihamlar yaradılmadan saatlar əvvəl başlamışdı. Kimlərsə hadisənin paylaşdığı "tweet"dən bir neçə saat sonra baş verəcəyini deməyi unutmuş olmalıdır.

- Sabah Həma kənarında istifadə edilən və kimyəvi silah ehtiva edən hava hücumlarına dair bir media kampaniyası başladacağıq

Bu vaxt öldürülənlərin arasında yük maşınlarının dolandığı fotoşəkillər çəkilib. Yenə niyə sarin qazı ətrafında insanların müdafiəsiz dolaşdığını və bədənə saniyələr içərisində təsir edə bilən bir qazdan nə üçün əziyyət çəkmədikləri soruşulmalıdır. Bundan başqa, görünən yük maşınlarının yerli mənbələrin iddia etdiyi kimi ölənlərin çoxunun hökumət tərəfdarı olan Həma kəndlərindən "əl-Qaidə"nin qaçırdığı insanlar olduğu məsələsi ilə uyğunluq göstərir.

Sual işarəsi yaradan bir başqa hadisə aşağıdakı şəkildə görünən burulğanın gəldiyi yerdir: Qayadan oyulmuş bir sığınacaq. Bu isə şəkildəki yerin "Twitter" istifadəçisi olan Qrandın da diqqət çəkdiyi kimi, dağ yamaclarında oyulmuş və təchizata asan rabitəsi olan saxlanma yerlərinə malik "Ağ Dəbilqəlilər"in məkanı ola biləcəyini düşündürür.

Şimali Həmadakı Suriya Ərəb Ordusu əsgərləri ittihamlar üzərinə kimyəvi silah istifadə edildiyini təkzib etdilər. Bu açıqlama təcavüzlə hər hansı bir əlaqələri olduğunu təkzib edən Rusiya müdafiə nazirinin açıqlaması ilə üst-üstə düşür.

Hərbi bir mənbə ordunun "nə keçmişdə, nə də indi bunlardan istifadə etmədiyini, çünki hər şeydən əvvəl bunlara malik olmadığını" söyləyib.
Buradan belə bir sual çıxır: Suriya Ordusu və müttəfiqləri Suriyada rahat bir vəziyyətdə ölkə torpaqlarında irəliləyərkən və Həmanın kənd yerlərində itirilən yerləri geri alarkən, niyə kimyəvi silah istifadə etməyə başlasınlar? Bu açıq bir cavabı olmayan çox sadə bir sualdır. Brüsseldə baş tutacaq Suriya konfransı ərəfəsində və sülh danışıqlarının davamından bir həftə əvvəl Suriya hökumətinin nə üçün düşünülməmiş bir şəkildə kimyəvi silah istifadə etdiyinə dair heç bir məntiqli izah yoxdur. Bütün işarələr bu hadisənin eynilə 2013-cü ildə terrorçu qrupların Obamanın "qırmızı xəttini" keçməsi və Suriya hökumətinə ABŞ müdaxiləsi gəlməsi ümidi ilə planlaşdırdıqları Xan əl-Əsəl kimi saxta bir kimyəvi təcavüz ittihamı olduğunu göstərir.

Ancaq deyilənlərə görə, ən son xəbərlər hökumətin Xan Şeyxunu vurduğunu inkar etmədiyini göstərir. "Al-Masdar"dan Yuşa Yusifin Suriya Ordusundan aldığı məlumata görə, hava qüvvələri Rusiya istehsalı Su-22 müharibə təyyarəndən istifadə edərək Xan Şeyxunda bir raket fabrikini hədəf alıb. Daha da əhəmiyyətlisi, Su-22-nin bombaları hücum vertolyotlarından atılan bombalardan fərqli olaraq, hər hansı bir kimyəvi maddə ilə doldurulmur. Yusİf Suriya Hava Qüvvələrinin Xan Şeyxundakı raket zavodunda kimyəvi maddələrin olub olmadığını bilmədiyini öyrənib. Hava hücumlarının hədəfində zavodda həqiqətən kimyəvi maddələr olub olmadığı və ya terrorçuların hökumət tərəfdarı olan kəndlərdən qaçırdıqları mülki şəxslər üzərində kimyəvi qazdan istifadə edib, onları yük maşınları ilə hava hücumlarının keçirildiyi yerə gətirib gətirmədikləri hələ ki, bilinmir. Militanlar tərəfindən qaza boğulmuş da olsalar, hava hücumları kimyəvi silah zavodunun partlamasına səbəb olmuş da olsa, qazdan dolayı ağızlarından köpüklər çıxan uşaqların dəhşətli ölümləri terrorçuların əlindədir.

Hədəfdə ərazinin qətiyyətlə terrorçuların yeri olduğu, bu yerin isə Şərqi Hələbin azad edilməsindən sonra aşkara çıxdığı kimi "Ağ Dəbilqəlilər"in "əl-Qaidə" kimi terrorçu qrupların qərargah olaraq istifadə etməsinə açıq olduğu dəqiqləşmiş olur. Mülki əhali və kürd milislər də daxil olmaqla mübarizə aparan qüvvələrin hamısı İdlib, Həma və Hələbin kənd yerlərində militanların daha öncə kimyəvi silah istifadə etdiyini iddia etmişdi. Bu səbəbdən müharibə elanları və səlahiyyətli orqanların rəhbər şəxslərindən gələn hökumət əleyhinə qınamalar başlamazdan əvvəl bütün dəlillərin toplanması üçün vaxt verilməlidir. Ancaq sözügedən bu zaman Suriya Müharibəsində heç görülməmiş mühüm bir amil olduğundan, terrorçu qruplar məsum mülki insanların həyatı bahasına keçiriləcək olan Qərb müdaxiləsindən ümidi kəsmirlər.

 

Tərcümə "İslamazeri.com" saytına məxsusdur...


Bəlli olmayanlarla nəticəyə gəlmək: İdlibdəki kimyəvi silah hücumuna dair ağla batmayanlar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Yəmənə raket tədarükünə dair ABŞ-ın ittihamlarını rədd edib
    “Biz qəti şəkildə bu əsassız, məsuliyyətsiz, təxribatçı və destruktiv ittihamı rədd edirik”
     15.12.2017
    Ölkəmizdə də
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Halal idarəetmə sistemi-hotellər" adlı dövlət standartı layihəsi hazırlanır.
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ