1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:14.01.2020 16:39:54

Belarus Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrə neft alışı üçün təklif göndərib.

“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə baş nazirin birinci müavini Dmitri Krutoy ölkə prezidenti ilə görüşdən sonra bildirib.

“Hökumət alternativ neft tədarükü üçün sxem hazırlamağa davam edir, bütün mümkün variantları öyrənir. Biz müvafiq kommersiya təkliflərini göndərmişik. Zavodlarımızın bütün kommersiya xidmətləri, Belarus Neft Şirkəti, demək olar ki, hər gün danışıqlar aparır. Düşünürəm ki, burada da tezliklə konkret neft tədarükü üçün alternativ variantlar tapacağıq”, - D.Krutoy deyib.

Onun sözlərinə görə, Azərbaycan, Ukrayna, Polşa, Qazaxıstan və Baltikyanı ölkələrə təkliflər göndərilib: “Biz indi bu məsələ ilə məşğuluq”.

D.Krutoy həmçinin bildirib ki, Belarus Rusiya şirkətlərinə əvvəlki həcmdə neft üçün əlavə ödəniş etməyi iqtisadi cəhətdən səmərəli hesab etmir.


Belarus Azərbaycana neft alışı üçün müraciət edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı
    Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir
     04.04.2020
    DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi
    Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran suallara aydınlıq gətirib.
     04.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ