EURO 2,0067 NEFT 74,92
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:23.02.2018 20:04:29

Bəhreyn rejiminin qətlə yetirərək dənizə atdığı şiə gənclərin cəsədləri İranda dəfn edilib

Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı qiyamında şəhid olmuş üç gəncin cənazəsi cümə namazından sonra Qum şəhərində müşayiət olunaraq, dəfn edilib.

İslamazeri.com  xəbər verir ki, Bəhreyn güc strukturlarının Bəhreyndəki etirazlar zamanı həbs edərək, işkəncələr altında qətlə yetirdiyi 4 nəfərdən, 3-nün cəsədi Bəhreyn güc sttukturları tərəfindən dənizə atılıb. Bəhreyn və İran arasında dəniz vasitəsilə sərhəd olduğundan, atılan 4 cəsəddən 3-ü İranın Buşehr şəhərinin sahillərində tapılıb.

 

Araşdırma nəticəsində məlum olub ki, tapılan cəsədlər şəhid edilən gənclər; Seyid Qasim Xəlil Dərviş, Meysəm Əli İbrahim və Seyid Mahmud Seyid Adil Kazimindir.

Bu gün, cümə namazından sonra Qumda bu Bəhreyn şəhidlərinə cənazə namazı qılınaraq, izdihamlı şəkildə dəfn olunublar.

Dəfndə iştirak edənlər, Bəhreynin Ali Xəlifə rejiminə, Səud - vəhabi krallığına və sionizmə lənət və əks-şüarlar səsləndiriblər.

Bəhreyndə nə baş verir?

Bəhreyn 2011-ci ildən etibarən xalqın Ali-Xəlifə rejiminə qarşı etirazlarına şahid olur. Xalq azadlıq, ədalətin təmin edilməsi, ayrıseçkiliyin aradan qalxması və eyni zamanda seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir. Amma bu tələblər Manama Rejimi tərəfindən təzyiq hərəkətlərilə qarşı-qarşıya qalmışdır. Bəhreyn xalqının dinc etirazlarının üstündən altı il keçməsiylə yanaşı, bu günlərdə Bəhreyn məsələsi regional və beynəlxalq siyasətçilərin zehnində aktual bir mövzu halına gəlib. Çünki etirazlar heç dinməmiş və etirazçılar öldürülmələrinə, gənclərin həbsə atılmasına, işgəncəyə məruz qalmasına və edam edilməsinə, qadınlarının həbs olunmasına, ölkədəki alimlərin təzyiq altında tutulmalarına, məscidlərinin dağıdılmasına və Bəhreyn vətəndaşlığından çıxarılmalarına baxmayaraq, hər gün küçələrə çıxmaqdadır.

Beynəlxalq aləm səssizdir...

Əslində beynəlxalq cəmiyyətin Bəhreyndəki proseslər mövzusunda ikiyə ayrıldığını söyləyə bilərik; Qeyri-hökumət təşkilatları ilə insan haqları təşkilatları və xarici ölkələr ilə siyasi partiyalar. Hazırda beynəlxalq siyasi prosesdə insan haqları təşkilatları və QHT-lər xalq inqilablarını dəstəkləyir və rejim qarşısında dayanırlar, amma buna qarşılıq olaraq xarici ölkələr Bəhreyndə Ali-Xəlifə rejimini və Ərəbistanda da Ali-Səud rejimini dəstəkləyirlər. Əslində xarici ölkələr demokratiyaya və göstəricilərinə heç bir qiymət vermir və faktiki olaraq diktatorların yanında yer alır, azadlıq və haqq-ədalət şüarı səsləndirənləri tək qoyurlar.

 Bu ölkələr, sanki Bəhreyndə heç bir şey olmamış kimi diplomatik əlaqələrinə davam edirlər və bu da onların Ərəbistan və Bəhreyndə etməyi planlaşdırdıqları acgöz razılaşmalarından və planlarından qaynaqlanır. Amma Ərəbistan və Bəhreyn başda olmaqla diktator rejimlərə verilən dəstəyin bitməsi məsələsində xalqın şüurunun və bu xarici ölkələrə təzyiqlər günü gündən artır.


Bəhreyn rejiminin qətlə yetirərək dənizə atdığı gənclərin cəsədləri İranda dəfn edildi - ƏTRAFLI, VİDEO, FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avstriyalılar məscidlərin qapadılmasının tərəfdarıdır
    Avstriyada sosial sorğu keçiriblər.
     19.06.2018
    Azərbaycanda dəhşətli qəza: deputatın bacısı oğlu öldü
    Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.
     19.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ