1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:16.02.2017 16:30:55

Bəhreynin Əhrar Hərəkatının baş katibi Bəhreyn İnqilabının altıncı ildönümü münasibətilə verdiyi bir müsahibədə, inqilabın zülmə məhkum edilmiş ölkədəki vəziyyəti dəyişmək istədiyini söyləyib...

İslamazeri.az xəbər verir ki, Bəhreyn 2011-ci ildən etibarən xalqın Ali-Xəlifə rejiminə qarşı etirazlarına şahid olur. Xalq azadlıq, ədalətin təmin edilməsi, ayrıseçkiliyin aradan qalxması və eyni zamanda seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir. Amma bu tələblər Manama Rejimi tərəfindən təzyiq hərəkətlərilə qarşı-qarşıya qalmışdır.

Bu etirazlar zamanı onlarla adam öldürülmüş, bir çox adam da həbsə atılıb.

Bəhreynin Əhrar Hərəkatının Baş katibi Səid əl-Şahabi "Tasnim Xəbər Agentliyi"nə verdiyi müsahibədə Bəhreyn xalqının altı ildir ki, davam edən dinc etirazlarına toxunub.

 

Altı ilin ardından bu gün heç kəs Bəhreyn İnqilabına laqeyd ola bilməyəcək

 

Səid əl-Şahabi bunları deyib: "Bəhreyn xalqının dinc etirazlarının üstündən altı il keçməsiylə yanaşı, bu günlərdə Bəhreyn məsələsi regional və beynəlxalq siyasətçilərin zehnində aktual bir mövzu halına gəlmiş və heç kim bu inqilaba laqeyd ola bilməz. Çünki etirazlar heç dinməmiş və etirazçılar öldürülmələrinə, gənclərin həbsə atılmasına, işgəncəyə məruz qalmasına və edam edilməsinə, qadınlarının həbs olunmasına, ölkədəki alimlərin təzyiq altında tutulmalarına, məscidlərinin dağıdılmasına və Bəhreyn vətəndaşlığından çıxarılmalarına baxmayaraq, hər gün küçələrə çıxmışdır. Bu səbəbdən Bəhreyndə həqiqi bir inqilab baş verdiyi, ölkədəki vəziyyətin son dərəcə gərgin olduğu və altı ildən sonra heç kim bu inqilabın üzərindən rahatlıqla keçə bilməyəcəyi nəticəsinə çatmaq olar".

 

Bəhreyn İnqilabı zülmə məhkum edilmiş ölkədəki vəziyyəti dəyişmək istəyir

 

Baş katib reportajın davamında bu ifadələri işlədib: "Hazırda beynəlxalq cəmiyyət iki seçimlə üz-üzədir, ya haqlarını tələb edən şəxsləri, ya da insanların haqlarına əsla hörmət etməyən diktatorları dəstəkləyəcəklər. Bəhreyn İnqilabı zülmə məhkum edilmiş ölkədəki vəziyyəti dəyişməyə gəlib və Allah da qələbə sözü verib".

 

Xarici ölkələr demokratiyaya dəyər vermir və faktiki olaraq diktatorların yanında yer alır

 

Səid əl-Şahabi Amerikanı xüsusi qeyd edərək beynəlxalq cəmiyyətin Ali-Xəlifə rejiminin törətdiyi cinayətlər qarşısındakı səssizliyi haqqında verilən suala cavab olaraq bu ifadələri işlədib: "Əslində beynəlxalq cəmiyyətin Bəhreyndəki proseslər mövzusunda ikiyə ayrıldığını söyləyə bilərik; Qeyri-hökumət təşkilatları ilə insan haqları təşkilatları və xarici ölkələr ilə siyasi partiyalar. Hazırda beynəlxalq siyasi prosesdə insan haqları təşkilatları və QHT-lər xalq inqilablarını dəstəkləyir və rejim qarşısında dayanırlar, amma buna qarşılıq olaraq xarici ölkələr Bəhreyndə Ali-Xəlifə rejimini və Ərəbistanda da Ali-Səud rejimini dəstəkləyirlər. Əslində xarici ölkələr demokratiyaya və göstəricilərinə heç bir qiymət vermir və faktiki olaraq diktatorların yanında yer alır, azadlıq və haqq-ədalət şüarı səsləndirənləri tək qoyurlar".

 

Beynəlxalq cəmiyyətin Ərəbistan və Bəhreyndə rejimi dəstəkləyənlərə qarşı şüuru artır

 

Əl-Şahabi bunları deyib: "Bu ölkələr, sanki Bəhreyndə heç bir şey olmamış kimi diplomatik əlaqələrinə davam edirlər və bu da onların Ərəbistan və Bəhreyndə etməyi planlaşdırdıqları acgöz razılaşmalarından və planlarından qaynaqlanır. Amma Ərəbistan və Bəhreyn başda olmaqla diktator rejimlərə verilən dəstəyin bitməsi məsələsində xalqın şüurunun və bu xarici ölkələrə təzyiqlərin artdığını deyə bilərik".


Bəhreyn İnqilabı nəyi hədəfləyir?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ rəhbərliyindəki koalisiya Raqqada minlərlə dinc sakini qətlə yetirib
    Bəyanatda həmçinin Qərbin Suriya xalqına etdiyi humanitar yardımların tamamilə məqsədli dağıdıldığı və bu prosesdə Suriya xalqının yaxşı və pis olmaqla ikiyə ayrıldığı qeyd olunub.
     23.10.2017
    Kataloniya böhranında inadlaşma davam edir, xalq narahatdır - VİDEO
    Madrid rəhbərliyi isə Kataloniya böhranında ortaya qoyduğu laqeyd davranışını davam etdirir.
     23.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ