EURO 1,8782 TRY 0,2865
USD 1,7 RUB 0,0275
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:19.07.2019 11:13:42

Bakı Dövlət Universiteti (BDU) dünya universtitetlərinin reytinqini müəyyənləşdirən “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub

Bakı Dövlət Universiteti (BDU) dünya universtitetlərinin reytinqini müəyyənləşdirən “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub.

Universitetdən APA-ya verilən məlumata görə, “QS World University Rankings 2020”nin açıqlamasında BDU dünyanın 20 min top universitetini araşdıran bu şirkətin siyahıya daxil etdiyi 1000 nüfuzlu universitet arasından seçilərək 801+ yerdə qərarlaşıb. BDU ötən il olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet olub.

Universitet reytinqinin tərtib olunmasında akademik göstəricilər, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınır.

 Qeyd edək ki, Bakı Dövlət Universiteti ötən il "Webometrics", "Round University Ranking", “U-Multirank”, “Scimago İnstitutions Ranking” və “QS World University Rankings” agentliyinin Şərqi Avropa və Mərkəzi Asiyanın İnkişaf etməkdə olan ölkələrinin reytinq agentliklərinin siyahısında da yer tutmuşdu. 

BDU: Universitetimiz dünyanın 1000 nüfuzlu universiteti siyahısına daxil edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda müəllimlərdən 200 manat pul yığması direktoru işindən etdi...
    53 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılıb.
     24.01.2020
    İşgəncə iddiaları ilə bağlı Baş Prokurorluqdan RƏSMİ AÇIQLAMA
    Prokurorluq İlkin Süleymanova işgəncə verilməsi xəbərinə münasibət bildirib
     24.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ