EURO 1,9856 NEFT 48,55
USD 1,7012 RUB 0,0286
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:10.12.2016 16:20:49

İbrahim Yəzdi özü bu məktub haqqında müsahibə verib. Bildirib ki, ilk mesaj ABŞ tərəfindən gəlib.

Hətta bunun sübutu “Tragic Encounter With Iran” adlı 1985-ci ildə Nyu-Yorkda çap olunmuş kitabda və hicri - şəmsi təqvimi ilə 1371-ci ildə İranda çap olunmuş “İran inqilabından 25 il sonra” kitabında da var. Yəni BBC-nin tam məxfi deyərək özünü “öldürməsi” çox maraqlıdır. Axı, kitablarda, araşdırmalarda öz əksini tapmış məsələ niyə də məxfi olsun?!...
İslaminSesi saytı bu iddialara cavab olacaq araşdırmanı hazırlayıb. İslamazeri.az sözügedən yazını təqdim edir.
1978-79-cu illərdə İran inqilabı dünyada çox nadir olan hakimiyyətlə - dinin tam rəhbərliyi ilə başa çatdı. İnqilab böyük əzəməti ilə qələbə çaldı. Lakin bu qələbəni qəbul etmək istəməyən Qərb 40 ilə yaxındır ki, bu inqilabı nüfuzdan salmaq üçün əlindən gələni edir.
İllərdir virtual qərb mediasını bir konspiroloji ideya narahat edir. Hətta BBC bu ideyanı məqalə halına salaraq yayımladı. Onlar israrla Ayətullah Xomeyninin ABŞ-a sığınmaq istədiyini və məktublarından bəhs edirlər. Lakin iddialarını heç bir rəsmi sənədlə əsaslandıra bilmirlər. Halbuki dəlilsiz və sübutsuz yazılmış məqalə absurd topludan başqa bir şey deyildir. Onların son illərdə Wikileaks yayımlarını izləmələri kifayətdir ki, medianın dəlillə işləməsi onlara aydın olsun.
İlk öncə BBC-nin yayımladığı məqalədə irəli sürdüyü iddialara cavab verməzdən əvvəl İran inqilabının yetişmə tarixinə baxaq.
XIX əsr dünya tarixinə feodalizmin dağılmağa başladığı dövr kimi daxil olub. Hətta feodalizm dövrünün ən gec tərpənən dövlətlərindən biri Rusiya olub ki, orada belə XIX əsrin ikinci yarısında sənayeləşmə tam vüsəti ilə genişlənməyə başladı. İran tarixinə baxdıqda isə yalnız əcnəbi ölkələrin tapdağı altında əzilən bir ölkə görə bilərik. Nəhayət 1963-cü ildə İranda Pəhləvilər sülaləsi ölkədə kapitalizmi tam şaxələndirməyə qərar verdilər.
1963-cü Rza Şah Pəhləvi ölkədə “Ağ İnqilab” adlı islahatlara start verdi. Bu islahatlar vasitəsi ilə sürətlə ölkədəki feadalizmə son qoyulmalı və İran 30 il Yaxın Şərqin “Yaponiyasına” çevrilməli idi. Təkcə bunu qeyd etmək kifayətdir ki, şah rejimi ilə sıx əlaqədə olan ABŞ hökuməti Rza şah Pəhləviyə bu islahatların həyata keçirilməsinə israr edirdi. Bu islahatlarda ABŞ-ın israrını Fransanın Mond qəzeti (18,19, 20 fevral 1964- cü il) belə izah edirdi: “ABŞ İranda islahatlarda israr edir. Onlar İranda rejimi daha liberal mövqeyə çağırır, aqrar və sənaye islahatları aparmağa çağırırdı.”
Əslində isə bu islahatlar ABŞ və İsrailin ölkədə daha da qüvvətlənməsinə xidmət edirdi. Qərb dövlətlərinin təzyiqi ilə layihə reallaşdırılmağa başladı. İslahatlar böyük səs-küylə qarşılandı. 1963 –cü 3 günlük Tehran bazarı bağlandı. Şah bütün şəhərə ordu yeritdi. Müxalifətin bütün öndə gedən rəhbərləri həbs olundu.
“Şah özünü ABŞ dostluğuna elə təslim etmişdi ki, koka-kola, mini yubka və ABŞ-ın digər səxavətli hədiyyələri naminə hər şey etməyə qadir idi, hətta İslam dövlətlərinin düşməni İsrailə dəstək verməyə də.” - bunu Rusiyanın şərqşünaslıq üzrə mütəxəssisi Aleksandra Urmanka yazır.
Təbii ki, Rza şah Pəhləvi özünün etdiklərinin fərqində idi və xalqın halına da “çox diqqətlə” qalırdı. O çalışırdı ki, ziyalıar və müxalifətin aparıcı liderləri ya həbsxanalarda otursunlar (SAVAK-ın gizli hücrələrində işğəncə altında əzab çəksinlər) ya da ölkədən uzaqda yaşasınlar.
İranda müxalifət tamamilə sıradan çıxmışdı. Lakin Rza şah Pəhləvi bircə nüansı unutmuşdu: dini liderləri. 1963-cü il hadisələri zamanı insanları etirazlara çağıran Ayətllah Ruhulla Xomeyni də həbs olundu. Nümayişin dağıdılması zamanı hökumət mənbələrinə əsasən 86 nəfər, nümayişin iştirakçıları zamanı isə 15000 yaxın insan həlak oldu. Xomeynini 8 ay ev dustağı etdilər. Həbs başa çatdıqdan sonra o yenidən şah rejiminə qarşı mübariə aparmağa başladı. 1964-cü ilin noyabrında bu dəfə onu Türkiyəyə sürgün etdilər. Rza şah onu ölkədən uzaq tutmağa çalışırdı. O özünün sürgündə yazdığı “Vilayəti Fəqih” əsərində özünün ideal islami dövlət prinsiplərini açıqlayır və təbii ki, hakimiyyətə gəldikdən sonra bu prinsiplərin hamısını təcrübədə reallaşdırdı. (Məgər ABŞ â€“ın bu əsərdən xəbəri yox idi?!.. )
Hətta sürgündə olan zamanı öz fəaliyyətini İranda genişləndirən Ayətullah Ruhulla Xomeyninin bütün xütbələri kasetlər halında ölkəyə gətirilir və yayımlanırdı.
1970-ci il. Artıq İranda şaha qarşı narazılıqlar geniş vüsət almağa başlamışdı. Neft böhranını 1973-cü il də neft bumu izlədi və bu özlüyündə güclü infilyasiya gətirdi. Bu da Pəhləvi rejiminin sonunun başlanğıcı oldu.
1976-cı il şah ənənəvi təqvimin ləğv edilməsini və tarixin Kirin hakimiyyətə gəlməsindən başlanmasını əmr etdi. Elə bu hadisələrlə paralel olaraq Ayətullah Ruhulla Xomeynin oğlu İranda dünyasını dəyişdi. Rəsmi sənəddə onun ürək tutmasından öldüyü qeyd olunsa da, ətrafda hər kəs onun öldürüldüyünü bildirdi.
Hadisələr inkişaf edirdi. 1977-ci ildə ABŞ-da Cimmi Karter prezident seçildi. O şaha bu vəziyyətdən çıxış yolu kimi repressiyaları azaltmağı göstəriş verdi. Lakin onlar bir məsələni hesaba almamışdılar. Ölkə kasıbçılıq içində idi. Repressiya qurbanları azadlığa çıxan kimi kasıb təbəqə söykənib müxalifəti qüvvətləndirdilər. Onlarla müxalifət qrupları meydana çıxdı ki, onlar fəaliyyətlərini leqal və qeyri-leqal yollarla reallaşdırdılar. Bu qrupların hamısını islami sosializm birləşdirirdi.
1978-ci ildə İranın nüfuzlu qəzetlərinin birində Ayətullah Xomeyni haqqında böhtan dolu yazı yayımlandı. Buna cavab olaraq Qumda onun tələbələri nümayiş təşkil etdilər. Polis nümayişçilərə qarşı zor tətbiq etdi və güllə-baran nəticəsində insanlar həlak oldular. Müxtəlif mənbələrə əsasən 70-ə yaxın insan öldü. Ölənlərə görə 40 gün matəm saxlandı. Matəm başa çatan kimi 18 fevralda Təbrizdə nümayişlər başladı. Nümayişlər bu dəfə dağıdıldı, lakin bu dəfə itki olmadı. Eyni vəziyyət may ayına qədər İranın böyük şəhərlərində davam etdi. Nəhayət şah islahatlar keçirəcəyinə və infilyasiyanın qarşısını almağa söz verdi. Lakin onun bu sözü o nümayişlərdə iştirak edən on minlərlə işçinin işdən çıxarılması ilə nəticələndi. 20 avqust 1978-ci ildə Abadan kinoteatrında yanğın baş verdi və bu yanğın nəticəsində 500 insan həlak oldu. Sentyabrda şah ölkədə hər bir nümayişi qadağan edən hərbi vəziyyət elan etdi. Lakin bu qadağana baxmayaraq Tehranda nümayişlər başladı. Bu nümayişlərin yatırılması zamanı 87 insan öldürüldü. Buna cavab olaraq neft sənayəsi, ağır metallurgiya işçiləri də kütləvi tətillərə qalxdılar. Beləliklə 1978-ci ilin sonuna yaxın İran iqtisadiyyatı faktiki olaraq məhv oldu.
Məhəmməd Rza şah bu ağır vəziyyətdə ABŞ-dan kömək istədi. Lakin ABŞ artıq onun yanmış füqur olduğuna əmin idi. Onlar şahın ABŞ-ın ölkəyə ordu yeritməsi müraciətini cavabsız qoydular. 2 dekabr 1978-ci ildə 2 milyon insan küçələrə axışaraq şahın istefasını tələb etdilər. 16 yanvar 1979-cu ildə şah ölkədən qaçdı. Bu ölkədə böyük şadyanalığa səbəb oldu. Hakimiyyət faktiki olaraq Şapur Bəxtiyarın əlinə keçdi. 1 fevralda Ruhulla Xomeyni ölkəyə qayıtdı. Fevralın 9-na kimi ölkədə inqilab genişləndi. Nəhayət Bəxtiyar kabineti buraxıldı və o özü isə Fransaya qaçdı.
Bütün bunlar İran inqilabının tarixi reallığıdır. İndi gələk BBC-nin iddialarına. Lakin əvvəlcə bu haşiyəni çıxaq ki, bu iddianı media orqanlarından yalnız BBC irəli sürüb. Heç bir media orqanı (yəni öz nüfuzuna –jurnalist etikasına sığmayacaq dəlili səsləndirəcək qədər) bu riskə getməyib.
Məqalənin ilk abzasında iddia edilir ki, "1979-cu ilin 27 yanvarında İran İslam Respublikasının banisi və Birləşmiş Ştatları “Böyük İblis” adlandırmış Ayətullah Xomeyni Washingtona məxfi məktub göndərib. İran inqilabının lideri özünün Parisdəki sürgün evindən Carter administrasiyasına sövdələşmə təklif edirdi: İran hərbçiləri siz deyənə qulaq asırlar, İran xalqı mənim əmrlərimə əməl edir.
Bu təklifdə söhbət ondan gedirdi ki, əgər prezident Cimmy Carter özünün İran hərbisindəki nüfuzundan istifadə edib Xomeyniyə yol açsa, o öz xalqını sakitləşdirə bilərdi. Beləliklə, stabillik bərpa olunar, Amerikanın maraqları və vətəndaşları müdafiə edilərdi."
İndi qayıdaq İrandakı hadisələrə. 1979-cu ilin yanvarında bu məktubun o zaman yazılıb bu kömək istənməsi sadəcə olaraq absurddur. Çünki İran inqilabı artıq qələbəyə yaxın idi. 16 yanvar da şah ölkədən qaçmışdı. Bəxtiyar kabineti isə laxlayırdı. İndi gələk həmin məktub iddiasına. Bəli bu rabitə olub. ABŞ şah hökuməti devrildikdən sonra İmam Xomeyni ilə əlaqəyə keçdi. BBC-nin iddia etdiyi kimi deyil, tamamilə əksinə. ABŞ diplomat İbrahim Yəzdi vasitəsilə Ayətullah Xomeyni ilə inqilabdan sonra repressiyalar və ABŞ hökuməti ilə olacaq münasibətləri aydınlaşdırmaq istədilər. Lakin istər bu məktubda da istərsə də, hazırda İranın əsas dövlətçilik doktrinalarından olan “Şeytani-əkbər” doktrinasının ifadəsi kimi Ayətullah Xomeyni Amerika xalqının onların düşməni olmadığını vurğulayıb. BBC isə cümlədəki xalq sözünü təhrif edir.
(Qeyd edək ki, elə keçən il “Amerikaya ölüm” şüarını açıqlayan İranın Ali dini rəhbəri Ayətullah Xameneyi deyib ki, “Amerikya ölüm” şüarı Amerika xalqı deyil, ABŞ siyasətinə aiddir.)
İbrahim Yəzdi özü bu məktub haqqında müsahibə verib. Bildirib ki, ilk mesaj ABŞ tərəfindən gəlib. Hətta bunun sübutu “Tragic Encounter With Iran” adlı 1985-ci ildə Nyu-Yorkda çap olunmuş kitabda və hicri –şəmsi təqvimi ilə 1371-ci ildə İranda çap olunmuş “İran inqilabından 25 il sonra” kitabında da var. Yəni BBC-nin tam məxfi deyərək özünü “öldürməsi” çox maraqlıdır. Axı, kitablarda, araşdırmalarda öz əksini tapmış məsələ niyə də məxfi olsun?!... Sadəcə olaraq BBC-dən Ayətullah Xomeyninin bu məktubunu konteksindən çıxaraq onun bu cavabını hansısa kömək istəməsi kimi dəyərləndirib.
İndi ikinci iddiaya baxaq. BBC bu cəhdin ilk dəfə olmadığından bəhs edir. BBC belə yazır: “Bu, Xomeyninin Washington-a üz tutduğu ilk dəfə deyildi.
1963-cü ildə Ayətullah şahın ən kəskin tənqidçisi kimi hələ təzə-təzə tanınırdı. O iyun ayında şahın Kennedy administrasiyasının təzyiqi altında “Ağ inqilaba” başlamasını parlaq çıxışı ilə kəskin tənqid etmişdi. “Ağ inqilab” torpaq sahibliyi islahatı və qadınlara seçki hüququnun verilməsi kimi mütərəqqi addımları nəzərdə tuturdu.”
Bu iddiayaya cavab verməzdən əvvəl onu qeyd dək ki, növbəti abzasda BBC özü-özünü inkar edir: “Xomeyni bu çıxışdan sonra həbs edilmiş, bunun dərhal ardınca üç gün davam edən zorakı etirazlar şah tərəfindən çevik şəkildə yatırılmışdı.”
Gəlin indi tarixə baxaq və bu sualları cavablayaq: “Ağ inqilab əslinə nəyi özündə ehtiva edirdi və ölkədə hansı islahatlar keçirələcəkdi? Ayətullah Xomeyni nəyə qarşı çıxış edirdi?
Ağ inqilab adlanan layihə yuxarıda qeyd etdiyimiz kimi İranı 30 ildə ən “mütərrəqi” dövlətə çevirməyi nəzərdə tuturdu. Ayətullah Xomeyni bu islahatların ABŞ-ın və İsrailin mənafeyinə xidmət etdiyini bildirdi və referendum boykot etməyə çağırdı. Daha sonra İranla ABŞ və İran arasında “Kapitulyasiya” adlanan müqavilə bağlandı. Bu müqavilə ilə İranda hər hansı bir cinayəti törətmiş ABŞ vətəndaşı və ya hərbçisini yalnız Amerika məhkəmələri mühakimə edə bilərdi. Bu isə təbii ki, o zaman Ayətullah Xomeynin böyük etirazlarına səbəb olmuşdu. Yəni o zaman Ayətullah Xomeyninin Kennediyə müraciət etməsi tamamilə absurddur.
O ki, qaldı ABŞ- ın mövqeyinə BBC özü də danmır ki, şah hakimiyyətinin ya da islamçıların hakimiyyətdə olması ABŞ-ı orada olan maraqları qədər əhəmiyyətli olmayıb. Onlar sadəcə olaraq ümid edirdilər. Ümid edirdilər ki, yeni qurulacaq İran hökuməti ilə dil tapa biləcəklər. Tarix isə tamamilə əksini göstərdi.


BBC-nin İmam Xomeyni iftirası və ABŞ-dan gələn məktub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Baş nazirindən Məscidül-Əqsa açıqlaması
    Binali Yıldırım "Twitter"də etdiyi açıqlamada, "İsrail rəhbərliyinin səhvdən qayıtmasını gözləyirik",- deyib.
     24.07.2017
    İki azyaşlı qardaş Novxanı çimərliyində boğuldu
    Ailə dənizdə çimərkən ailənin böyük uşaqları - 12 yaşlı Zahid və 9 yaşlı Amil bir qədər uzaqlaşıb.
     24.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ