EURO 1,9368 NEFT 63,05
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:21.06.2018 14:04:16

Hüquqşünas: “Bütün dünyada olduğu kimi mülkiyyət sığortalanmalıdır”

Ölkədə xüsusilə yay aylarında bazarlarda, obyektlərdə yanğın hadisələri baş verir. Son olaraq iyunun 19-da “Dərnəgül” bazarında baş verən yanğın hadisəsi zamanı sahibkarlar külli miqdarda zərərə düşdüklərini bildiriblər. Bəs bazarlarda malı yanan sahibkarlara kompensasiya verilirmi?

Ölkədə ən çox yanğın hadisələrinin baş verdiyi ticarət mərkəzlərindən biri də “Binə” ticarət mərkəzidir.  Orada baş verən yanğından sonra hər dəfə bazar rəhbərliyi, müvafiq qurumlar tərəfindən bildirilir ki, zərər çəkmiş şəxslərə kompensasiya ödəniləcək. Lakin hər dəfə də sahibkarlar şikayətlənirlər ki, onlara heç bir ödəniş, kompensasiya verilməyib.

Bundan əlavə, “maşın bazarı” kimi tanınan, avtomobilin ehtiyat hissələrinin satıldığı ərazidə də tez-tez yanğın hadisələri baş verir. Orada işləyən satıcılar da bildirdilər ki, kompensasiya ala bilmirlər. Müvafiq qurumların nümayəndələri bildirirlər ki, mağazası yanan sahibkarlara kompensasiyanın verilməmə səbəbi onların obyektlərini sığorta etməmələridir.

Əsabəli Mustafayev ile ilgili görsel sonucu

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, ilk növbədə bütün dünyada olduğu kimi mülkiyyət sığorta olunmalıdır:

“Ona da məhv olmuş malın sığorta məbləği ödənilməlidir. Bu, əsas amillərdən biridir. Digər tərəfdən isə yanğının baş verməsinin səbəbləri araşdırılmalıdır. Yəqin ki, bu istiqamətdə də işlər aparılır. Məsələn, əgər bu, qəsdən yandırma, əmlakın qəsdən məhv edilməsidirsə, o zaman kim bu əməli törədibsə, dəyən zərəri də o ödəyəcək. Ekspertiza keçiriləcək, mühasibat uçotu aparılacaq və oradakı əmlakın miqdarı, dəyəri hesablanacaq. Bütün bunlar aparıldıqdan sonra gəlinən nəticəyə uyğun olaraq hadisəni törədən şəxsə qarşı mülki iddia qaldırılır. Bu, həm cinayət əməlidir, həm də tərkibində mülki iddia ola bilər. Üçüncü hal isə yanğına qarşı təhlükəsizlik tədbirlərinə riayət olunmamasından qaynaqlana bilər. Yəni təhlükəsizlik qaydalarına əməl olunmaz və yanğın baş verər. Burada da müəyyənləşməlidir ki, kimin günahı daha çoxdur. Tutaq ki, harada ki mallar saxlanılır, buna baxılar. Eyni zamanda tikilinin konstruksiyası nədəndir və həmin ərazidə yanğına qarşı və yanğından mühafizə vasitələri varmı. Bu vasitələrlə təmin olunmayıbsa, o zaman da bunu etməyənlər araşdırılır. Öyrənilir ki, məsələ icarəyə verənin üzərindədir, yoxsa ki, icarəyə götürənin”.

Hüquqşünas bildirib ki, əgər yanğın təhlükəsizliyi qaydasını icarəyə verən pozubsa, qaydalara riayət etməyibsə, tikinti zamanı tezalışan maddələrdən istifadə edibsə, bütün bunlar da öyrənilir:

“Belə ictimai obyektlərin özünün xüsusi yanğından mühafizə qaydaları var. Yanğından  mühafizə idarələri bu cür obyektlərə rəy verməli, tez-tez yoxlamalar aparmalıdırlar. Öyrənməlidirlər ki, qaydalara necə əməl olunur. Bundan başqa, obyektin yanğınsöndürən avadanlıqlarla təmin olunub-olunmaması da ən azı ildə bir dəfə yoxlanmalıdır. Həmçinin su çənləri də qoyulmalı, müvafiq tədbirlər görülməlidir. Maşınlarda dərman qutusu olduğu kimi obyektlərdə də bu kimi vasitələr saxlanmalıdır. Əgər obyektin sahibi bu vasitələri almayıbsa, təmin etməyibsə, o zaman malın yiyələri bina sahibinə, icarə verənə qarşı iddia irəli sürə bilərlər”.


Bazarlarda malı yanan sahibkarların kompensasiya dərdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zərif: İran, Rusiya və Türkiyənin əməkdaşlığı Suriyada təsirli oldu
    Cavad Zərif İran, Rusiya və Türkiyənin əməkdaşlığının Suriya böhranının yüngülləşdirilməsində təsirli olduğunu bildirib.
     22.11.2018
    Bakıda məşhur restoranlar bağlana bilər - SİYAHI
    Onun sözlərinə görə, monitorinqlərin başlanıldığı tarixdən indiyədək xəbərdarlıqlara məhəl qoymayaraq təmizləyici qurğu quraşdırmayan 64 obyekt cərimə olunub.
     22.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ