EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:02.04.2019 22:58:22

Aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində NİDA hərəkatının fəalı Bayram Məmmədovun inzibati qaydada 30 günlük həbsindən verilmiş şikayətə baxılıb.

Aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində NİDA hərəkatının fəalı Bayram Məmmədovun inzibati qaydada 30 günlük həbsindən verilmiş şikayətə baxılıb.

O, polisə tabe olmama ittihamı ilə 30 gün inzibati həbs cəzasına məhkum edilib.

Bu gün Apellyasiya Məhkəməsində Məmmədov ittihamları təkzib edib və yalan adlandırıb.

Bundan başqa, o Binəqədi təcridxanasında ona qarşı işgəncələr haqqında danışıb. Onun bədənində zorakılıq izləri görünürdü. Belə ki, üzündə qançırlar var idi, qulağı şişmişdi.

Məmmədovun sözlərinə görə, onu diz üstünə çökdürüb yumruqlayıb və təpikləyiblər.

Hakim Namiq Məmmədov 30 günlük həbs qərarını qüvvədə saxlayıb. İşgəncə şikayətinin araşdırılması üçün prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.

Bayram Məmmədov və Qiyas İbrahimov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra saxlanılıblar. Hər ikisi böyük ölçüdə narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Amnesty İnternational hüquq müdafiə təşkilatı onları "vicdan məhbusu" kimi tanıyıb. Hər ikisi bu il martın 16-da əvf olunub.

B.Məmmədov azadlığa çıxdıqdan sonra KİV-lərdə və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini kəskin tənqid edib. (Turan)


Bayram Məmmədov məhkəmədə işgəncələr haqqında danışdı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Klinikalarda boşuna təyin olunan analizlər - “Qara siyahı”
    Tibbi təcrübədə boşuna verilən, təyin olunan, vaxt və pul itkisi hesab edilən analizlərin qara siyahısı hazırlanıb.
     14.11.2019
    Qətər əmiri əhalini yağış duasına çağırdı
    Qətər əmiri Tamin bin Həməd əl-Tani ölkə əhalisini noyabrın 14-də "yağış duası" mərasiminə çağırıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ