EURO 2,0342 NEFT 56,86
USD 1,7008 RUB 0,0294
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:15.12.2016 22:23:23

İlahiyyatçıların vəhdət həftəsində mühüm mesajları...

Aləmlərə rəhmət olaraq göndərilmiş Həzrət Rəsulallahın (s) mövludu münasibəti ilə sizi təbrik edirik.

İslamazeri.az olaraq ilahiyyatçılara suallarla müraciət etdik. Həftə ərzində onların dəyərli fikirlərini izləyicilərimizlə paylaşacağıq.

Suallarımızı "Qasım bəy" məscidinin imamı, ilahiyyatçı Samir Ağayev cavablandırıb.

Peyğəmbərin həyatından götürüləcək ən mühüm amil hansılardır? Hansı ki, onları həyatımızda tətbiq etməklə həqiqi müsəlman ola bilərik.

Əslində Həzrəti Peyğəmbərimiz (s) elə bir şəxsiyyətdir ki, həyatın bütün sahələrində bizim üçün ülgüdü, nümunədir. Peyğəmbər (s) barəsində Qurani-Kərimdə buyurulur ki, "O, sizin üçün gözəl bir nümunədir". Həyatın istənilən sahəsində O bizim üçün nümunədir. İstər fərdi həyatda, istər ictimai həyatda, istər ibadət, istər maddi məsələlərdə, fərq etməz. Bütün sahələrdə Həzrəti Peyğəmbər (s) insanlıq üçün bir etalondur. Bəşəriyyət üçün bir nümunədir. Həqiqətən də onun bütün xasiyyətləri bütün əxlaqı, bütün davranışı, insanlıq üçün gözəl nümunədir.

Qurani-Kərim özü buyurur ki, "Ey Peyğəmbər (s), Sən həqiqətən də ali əxlaq sahibisən". Peyğəmbərin (s) əxlaqı İslamın yayılmasında çox geniş rol oynadı. Həqiqətən də onun əxlaqı çox yüksək idi və hər kəs tərəfindən bəyənilirdi. Hətta düşmənlər tərəfindən də Həzrəti Peyğəmbər (s) böyük bir şəxsiyyət kimi təqdir olunurdu. Hələ Peyğəmbər olmamış O, Əmin ləqəbini almışdı, əmanətdar ləqəbini almışdı. Yəni Həzrəti Peyğəmbərimiz (s) bütün sahələrdə nümunədir. Bütün sahələrdə ülgüdür. Amma hal-hazırda müsəlmanların ən çox ehtiyac duyduğu məsələ Həzrəti Peyğəmbərimizin (s) qətiyyəti, Həzrəti Peyğəmbərimizin (s) əzmkarlığı məsələsi, onun uzaqgörənliyidir. Bütün sahələrdə olduğu kimi bu sahədə də Həzrəti Peyğəmbər həqiqətən də nümunədir.

Hal-hazırda müsəlmanlar çox pərakəndə şəkildə ömür sürürlər. Ümmət demək olar ki, parçalanıb. Düşmənlər ümmət arasında öz düşmənçilik toxumlarını səpiblər. Amma möminlər Həzrəti Peyğəmbəri (s) bu sahədə özlərinə ülgü götürməlidir. Super güclər heç vaxt müsəlmanları sarsıtmamalıdır. Vaxtikən super güclər Həzrəti Peyğəmbərə (s) qarşı da birləşmişdi. Daxildə və xaricdə onun əleyhinə çıxışlar olunurdu. Ona müxtəlif yollarla hücum edilirdi. Amma Həzrəti Peyğəmbər (s) heç vaxt qorxmadı, vahiməyə düşmədi. Nə ərəblərin cahilliyi onu vahiməyə saldı, nə də hegemon qüvvələrin gücü. O, yenilməz qüvvət sahibi olan Allaha arxayın olduğu üçün heç vaxt hegemon qüvvələr onu sarsıda bilmədi.

Qurani-Kərimdə möminlər haqqında ayə var. Buyurur ki, "Onlara deyiləndə ki, bütün qüvvələr sizin əleyhinizə birləşiblər, onlardan qorxun. Amma möminlər nəyinki qorxmaz, hətta imanları çoxalar." Bu Allah və peyğəmbərinin vədidir. Möminlər vahiməyə düşməməlidir. Allaha arxayın olan insanlar, Allahı özünə arxa bilən insanlar heç vaxt vahiməyə düşməməlidir. Baxın müsəlmanlar hal-hazırda bu şəraitdə yaşayırlar. Bütün qüvvələr müsəlmanların əleyhinə birləşib, ümməti parçalayıb, İslam dinini yox etmələri üçün əl-ələ veriblər. Amma müsəlmanlar heç vaxt bundan vahiməyə düşməməlidir. Allaha arxayın olub, iman sayəsində qabağa getməli və bu qüdrətlərlə mübarizə aparmalıdırlar. Mən də elə hesab edirəm ki, bütün sahələrdə olduğu kimi bu sahədə də Peyğəmbərin (s) həyatından nümunələr götürmək zəruridir.

 

Vəhdət həftəsinin anlamı nədir? Əhəmiyyəti nə qədərdir? Vəhdətin faydası nələrdir?

Allah rəhmət etsin, İmam Xomeyni həzrətləri Peyğəmbərin (s) mövludunda olan 5 günlük fərqi ümmət üçün bir rəhmətə çevirdi, vəhdət  həftəsi elan etdi. Ümmətin hər zamankından daha çox vəhdətə ehtiyacı var. Qurani-Kərimdə vəhdətlə bağlı çox böyük tapşırıqlar var. Hamılıqla Allahın ipindən yapışın. Ayrılmayın. Möminlər bir-biri ilə qardaşdır. Bu qəbil ayələr ümmətin vəhdətdə olmasını tövsiyə edir. Vəhdətdə bərəkət, birlik, birlikdə güc- qüvvət, tərəqqi, inkişaf var.

Bütün məğlubiyyətlər ixtilafdan, ayrılıqdan irəli gəlib və bir-birinə düşmən olmaqdan irəli gəlib. Nə vaxt ümmət bir olubsa həmişə qabağa gedib, həmişə qalib gəliblər. Harada birlik varsa, tərəqqi, inkişaf var. Bu cəhətdən alimlərimiz (Allah dünyadan köçənlərə rəhmət, qalanların ömrünə bərəkət versin) bu həftəni vəhdət həftəsi elan etməklə çox böyük addım atıblar. Ümmətin vəhdətdə olması üçün gözəl zəminə, gözəl şərait yaradıblar.

Bəli, bu gün həqiqətən də İslam aləmində yaranmış bu problemlərin əsas kökü, əsas səbəbi, aralarında ixtilafın olması, vəhdətdə olmamalarıdır. Bizim hamımızın borcudur ki, müştərək dəyərlərimizi qabardaq, müştərək dəyərlərimizə önəm verək. Müsəlmanlar arasında çoxlu müştərək dəyərlər var. Müştərək dəyərlərimizdən danışaq, bu dəyərlər ətrafında birləşək. Qurani-Kərim qeyri-müsəlmanlara belə müraciət etdikdə buyurur ki, "Sizinlə bizim aramızda eyni söz ətrafında birləşək". Bu söz də Allahdan başqa məbud, rəbb yoxdur kəlməsidir. Bir kəlmə ətrafında birləşməyi qeyri-müsəlmanla mümkün hesab edən Qurani-Kərim onlarla, yüzlərlə müştərək dəyərlərimiz olan İslam ümmətinin vəhdətini necə qeri-mümkün təsəvvür edə bilərik? Bəli vəhdət mümkündür. Müştərək dəyərlər ətrafında, bu dəyərləri qabartmaqla vəhdətə çatmaq olar. İxtilaflara son qoymaqla, vəhdətə mane olan problemlərdən uzaq qalmaqla birliyə nail ola bilərik. Mən elə hesab edirəm ki, hər kəs öz növbəsində buna əməl etsə, çox böyük nəaliyyətlər əldə etmək olar.


Bayram həftəsindən mesajlar: "Quran bizi qeyri-müsəlmanlarla birliyə çağırırsa..."

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışını etdi
    Prezident İlham Əliyev sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib.
     24.09.2017
    Aldadıb 13 min manatını əlindən aldı - Bakıda
    Bakıda dələduzluq hadisəsi baş verib.
     24.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ