EURO 1,9062 NEFT 52,21
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:14.12.2016 13:25:47

İslamazeri.az vəhdət həftəsində ilahiyyatçılardan mühüm mesajları təqdim edir...

Aləmlərə rəhmət olaraq göndərilmiş Həzrət Rəsulallahın (s) mövludu münasibəti ilə sizi təbrik edirik.

İslamazeri.az olaraq ilahiyyatçılara suallarla müraciət etdik. Həftə ərzində onların dəyərli fikirlərini izləyicilərimizlə paylaşacağıq.

İlk olaraq ilahiyyatçı Fuad Süleymanovun cavabını təqdim edirik.

Peyğəmbərin həyatından götürüləcək ən mühüm amil hansılardır? Hansı ki, onları həyatımızda tətbiq etməklə həqiqi müsəlman ola bilərik.

Bizim Həzrət Peyğəmbərin (s) həyatından götürə biləcəyimiz ən önəmli və zəruri amil peyğəmbərimizin (s) əxlaqıdır ki, hal-hazırda da bəşəriyyətin diqqətini özünə cəzb etmiş və insanların İslama gəlməsində böyük təsir qoymuşdur.

Bu barədə Allah öz Peyğəmbərini (s) tərif edərək belə buyurmuşdur: “Həqiqətən sən böyük əxlaq sahibisən” (Qələm, 4) Siz təsəvvür edin bunu buyuran aləmlərin Rəbbi və insanı özündən belə gözəl tanıyan Allah təbarək və təaladır.

Rəvayətdə nəql olunur ki, "Bir gün bir şəxs Həzrəti Əlinin (ə) yanına gəlib dedi: Ya Əli! Həzrəti Peyğəmbərin sifət və əxlaqını mənə şərh et (bəyan et). O Həzrət buyurdu: Sən dünyanın nemətlərini mənim üçün şərh et, sonra mən Həzrəti Peyğəmbərin (s) əxlaq və sifətlərini şərh edərəm. Şəxs dedi: Kim dünya nemətlərini şərh edə bilər?! Əmirəlmöminin (ə) sual edən şəxsdən istədi ki, dünya nemətlərini saysın ki, sonra Həzrət Peyğəmbərin (s) əxlaqından danışsın. Şəxs dedi: Kim qadirdir ki, dünya nemətlərini saya?! Həzrət Əli (ə) buyurdu: Allah-Mütəal dünya nemətlərinin haqqında bu qədər çoxluğuna rəğmən buyurur: (De: dünya mənfəəti azdır) (Nisa, 77). Allah-Təala dünyanın bu qədər genişliyinə rəğmən buyurur (mənfəəti azdır) amma həmin böyük və əzəmətli Allah o zaman ki, Həzrəti Peyğəmbərin (s) əxlaqına çatır, belə buyurur : Həqiqətən də, sən böyük əxlaq sahibisən!

Biz əxlaqı onun üçün öndə gedən xislətdən ona görə sayırıq ki, bəşəriyyətin nicatı üçün lazım olan xüsusiyyət  gözəl əxlaqdır. İbadi məsələlər (namaz, oruc, həcc və.s) əxlaqın daha gözəl olması üçündür. Həzrəti Peyğəmbərin (s) buyurduğu bir hədisdə insanların özünə ən oxşarını bu cür bəyan etdiyini görürük: “Sizin mənə ən oxşarınız, daha əxlaqlı olanlarınızdır”


Bayram həftəsindən mesajlar: "Peyğəmbərin əxlaqından örnək götürməliyik"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev: “TAP layihəsini əngəlləmək üçün indi böyük səylər göstərilir”
    Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin icrası planlaşdırıldığından 3% geridədir.
     26.05.2017
    İmam cümə seçkilərdəki saxtakarlıq, Bəhreyn və Səudiyyədəki qətliamlardan danışdı
    Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub.
     26.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ