EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:16.12.2016 16:55:44

İlahiyyatçıların vəhdət həftəsində mühüm mesajları..

Aləmlərə rəhmət olaraq göndərilmiş Həzrət Rəsulallahın (s) mövludu münasibəti ilə sizi təbrik edirik.

İslamazeri.az olaraq ilahiyyatçılara suallarla müraciət etdik. Həftə ərzində onların dəyərli fikirlərini izləyicilərimizlə paylaşacağıq.

Suallarımızı ilahiyyatçı Samir Əzizov cavablandırıb.

Peyğəmbərin həyatından götürüləcək ən mühüm amil hansılardır? Hansı ki, onları həyatımızda tətbiq etməklə həqiqi müsəlman ola bilərik.

Bismillahir Rəhmanir Rəhim! Rəsuli Əkrəm (s) bütün insanlıq üçün ilk növbədə ən gözəl nümunədir. Ümumiyyətlə, pedaqogikanın təməl məsələlərindən biri budur ki, təlim edən nəzəriyyəni təlim edərkən praktiki nümunələri də qeyd etməlidir. Yəni bir müəllim əgər bir sinif otağındakı şagirdlərə təlim keçirsə onlara verdiyi nəzəri biliklərlə yanaşı praktiki nümunələr də verir. İstər təlim olsun istər tərbiyəvi olsun bu iki cəhət yanaşı olarsa və ikisindən də lazımi şəkildə istifadə olunarsa artıq məqsəd hasil olmuşdur, deyə bilərik. Uca Rəbbimiz də bizim üçün Allahın kitabı ilə bərabər Allahın Rəsulunu da nümunə qərar vermişdir. Əziz Peyğəmbərimiz (s) də dünyasını dəyişdikdən sonra bizlər üçün bu 2 nümunəni qoyub getmişdir: “Allahın kitabı və Peyğəmbərimizn (s) pak itrəti olan Əhli Beyti (ə).” Bu məsələdə müsəlmanlar arasında ittifaq mövcuddur. İstər Əhli beyt (ə), istərsə də səhabə məktəbində qeyd etdiyimiz əmanət-Saqaleyn hədisi ittifaq edilmiş, sabit olmuş kəlamlardandır. Hədis: “Mən Sizin aranızda iki ağır əmanət qoyub gedirəm Allahın kitabı və itrətim olan əhli beytim (ə.s). Əgər bunlardan yapışsanız heç zaman yolunuzu azmazsınız.” Deməli biz əgər bu 2 əsas əmanətə lazımi şəkildə əhəmiyyət göstərib sadiq qalsaq həqiqi müsəlman ola bilərik. Həqiqi vəhdətin meyarı 2 əsasdan ibarətdir.

 

Vəhdət həftəsinin anlamı nədir? Əhəmiyyəti nə qədərdir? Vəhdətin faydası nələrdir?

Həzrət Məhəmməd peyğəmbərin (s) təvəllüdü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiyanın göstərilməsi səbəbindən müsəlmanlar onun doğum gününü iki fərqli gündə (hicri təqvimlə rəbiül-əvvəl ayının 12-si və 17-si) qeyd edirlər. Günlər arasındakı fasiləni qovuşdurmaq məqsədilə 1981-ci ildən etibarən uzaqgörən İslam alimlərindən olmuş mərhum İmam Xomeyninin təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə "vəhdət həftəsi" elan edilmişdir. Hazırda Həzrət Peyğəmbərin (s) bu günlərə təsadüf edən təvəllüd günləri bəzi müsəlman ölkələrində "vəhdət həftəsi" kimi qeyd edilməkdədir. Məhəmməd peyğəmbərin (s) doğum günü ərəfəsi İslam dünyasının birlik rəmzidir. Əhli beyt (ə) məktəbinin nümayəndəsi olaraq deyə bilərəm ki, bu həftə olduqca böyük əhəmiyyətə malikdir. Xüsusilə bu gün yaşadığımız dövr üçün əhəmiyəti xüsusi şəkildə qeyd olunmalıdır.

 

Vəhdət həftəsini neçə qeyd etməliyik? İslamın təbliği və müsəlmanların vəhdətinin güclənməsi üçün hansı işləri görsək daha müvəffəqiyyətli addımlar atmış olarıq?

 Bu günün keçirilməsi üçün ən əvvəl hər iki məktəbin böyükləri bir araya gəlib vahid, ortaq dəyərlər barədə mühazirələr etsələr, konfranslar təşkil edib cəmiyyəti maarifləndirsələr daha gözəl olar düşünürəm. Xalqın gözü alimin dilindədir, deyə düşünürəm. Ən əsas alimlər arasında bu vəhdət təşkil olunsa qalanı özü-özlüyündə həll olar. Bu həm də İslamın dəvətinə rövnəqlik verər, həm də Allah Rəsulunun (s.ə.ə) qəlbini sevindirmiş olar. Vəhdət bayramınız mübarək olsun!


Bayram həftəsindən mesajlar: "2 əsas əmanətə sadiq qalsaq..."

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
    Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
     19.11.2017
    Bakıda 16 mərtəbəli binada yanğın: Bina sakinləri təxliyyə edilir
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda bina sakinləri təxliyyə edilir.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ