EURO 2,0849 NEFT 68,61
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:20.04.2017 14:16:45

Çində həm bədbəxt, həm də eyni zamanda möcüzəvi hadisə baş verib.

İslamazeri.com-un “China News Service”-ə istinadən verdiyi xəbərə əsasən, tikinti işləri zamanı Çinin Hubey əyalətinin sakininin beyninə 5 sm dərinliyədək mıx girdikdən sonra, o sağ qalıb.

Bədbəxt hadisə aprel ayının 12-si Tzıquy rayonunun İçan şəhər dairəsində yerləşən kəndlərdən birində baş verib. Xəsarət alan kişi ilk öncə rayon xəstəxanasına gətirilib, daha sonra isə İçan şəhər xəstəxanasına yerləşdirilib.

Neyrocərrahiyə şöbəsinin müdiri Çjao Dunqan bildirib ki, 8 sm uzunluğundakı mıx 5 sm dərinliyində xəstənin beyninə daxil olub. O, xəstəxanaya gətirilən zaman komada olub.

Mıx gicgah nahiyyəsindən daxil olub, lakin, xoşbəxtlikdən həyati əhəmiyyətli qan damarlarına toxunmayıb; mıx pasiyentin başından çıxarılıb. Prosedurun çətinliyi və xəstənin təhlükəsizliyi üçün mıxın sümük tikəsi ilə birgə çıxarılması qərarı qəbul edilib. Əməliyyat həkimlərin 2 saatını alıb, lakin sonda əməliyyat uğurla bitib. Pasiyent hələ xəstəxanadadır.


Başına 5 sm mıx girdi sağ qaldı - ÇİNDƏ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Elmar Məmmədyarov  Krakov görüşünün nəticələrini açıqladı
    Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Naziri Elmar Məmmədyarov açıqlama verib
     19.01.2018
    Ermənilər snayper tüfənglərindən mövqelərimizi atəşə tutub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
     19.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ