1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR

Kateqoriya : XƏBƏRLƏR

Yayınlanma tarixi:12.02.2018 20:02:13

Zorakılığa məruz qalan və cinayət hadisələrinin qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanlar haqqında informasiyaların yayımına həssaslıqla yanaşmaq lazımdır

 Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan orta məktəb şagirdinin zorakılıq hərəkətlərinə məruz qalması, hər iki yetkinlik yaşına çatmayan şəxsin adı, soyadı və onlar haqqında digər məlumatların təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçilərinin rəyi nəzərə alınmadan bu cür məlumatların yayılması qanun pozuntusu kimi qiymətləndirilməklə ictimaiyyəti ciddi narahat edir.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, həmin faktla bağlı qanunla nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirildiyi halda, bəzi KİV-lərdə bu qəbildən olan informasiyaların ictimailəşdirilməsi yetkinlik yaşına çatmayanların psixoloji, emosional sarsıntısına səbəb olmaqla yanaşı, ciddi problemlərə yol açır və həmin şəxslərin gələcək həyatlarını ciddi sınaqlarla qarşı-qarşıya qoyur.

Kütləvi informasiya vasitələrində bu qəbildən olan məlumatların ictimailəşdirilməsi milli mənəvi dəyərlərimizə zidd olmaqla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş şəxsi toxunulmazlıq hüququnu, Cinayət Prosessual Məcəlləsinin, eləcə də digər qanunvericilik aktlarının tələblərinin pozuntusu kimi qiymətləndirilir.

Zorakılığa məruz qalan və cinayət hadisələrinin qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanlar haqqında informasiyaların yayımına həssaslıqla yanaşmaları barədə Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri hələ də bundan nəticə çıxarmayıblar.

Göstərilənləri nəzərə alaraq, gələcəkdə yetkinlik yaşına çatmayanlar haqqında məlumatları yayacaqları təqdirdə, kütləvi informasiya vasitələrinin redaksiyası, baş redaktoru (redaktoru), yayılmış məlumat və materialların müəllifləri barəsində qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlər görüləcəkdir.


Baş Prokurorluq yetkinlik yaşına çatmayanlarla əlaqədar KİV-lərə xəbərdarlıq edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda çoxmərtəbəli binada yanğın olub, 8 nəfər təxliyə edilib
    Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m2 sahədə yanıb.
     25.02.2018
    İndoneziyada sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb
    İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
     25.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ