EURO 1,9133 NEFT 53,79
USD 1,7021 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:15.03.2017 10:44:59

İŞİD terrorçuları saxta sənədlərlə yaxınlıqdakı dövlətlərin ərazilərinə soxulmağa çalışırlar.

İslamazeri.az-ın “əş-Şəhid” qəzetinə istinadən verdiyi xəbərə əsasən, İŞİD terrorçuları üzərinə saqqalsız şəkillərinin yapışdırıldığı saxta sənədlərdən istifadə edərək, İraqdan qonşu Küveyt ərazisinə soxulmağa çalışırlar. Bu haqda məlumatı təhlükəsizlik xidmətindəki yüksək vəzifəli mənbədən veriblər.

İraq və Suriya sərhədinin yaxınlığındakı ərəb təhlükəsizlik qüvvələri İŞİD terrorçularını tutduqdan sonra bir-biriləri ilə məlumat mübadiləsi aparmağa və attıqları addımları uzlaşdırmağa başlayıblar. Tutulan terrorçular saxta sənədlərlə Küveyt də daxil olmaqla, yaxınlıqdakı dövlətlərin ərazilərinə girməyə cəhd ediblər.”, - deyə mənbədən bildiriblər. Qeyd edilir ki, İŞİD terror təşkilatı İraqda darmadağın edildikdən sonra, Küveyt öz sərhədlərinin təhlükəsizliyini gücləndirib.

Onun sözlərinə görə, İŞİD komandirləri dəyişdirilmiş məlumatlı və yarı-rəsmi möhürlü saxta sənədlər əldə ediblər, digər ölkələrə rahat gedə bilmələri üçün isə həmin sənədlərə onların saqqalsız şəkilləri yapışdırılıb.

Mənbədən qeyd ediblər ki, bir müddət öncə Küveyt təhlükəsizlik qüvvələri əslən Suriyadan olan İŞİD terrorçularından birini tutublar. Həmin şəxsin əsirlərin başını kəsdiyi məlum olub. O, əmirlik ərazisinə qohumunun sayəsində aldığı viza ilə daxil olmaq istəyirdi. Onun saqqalsız və mülki paltarda olmasına baxmayaraq, xüsusi xidmət orqanları müəyyən edə biliblər ki, bu şəxs sosial şəbəkələrdə videoları yayılmış qəddar qətllərin iştirakçısı olub.


Baş kəsən İŞİD komandirləri saqqallarını qırxıb qaçmağa başladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam Respublikası ordunu tam döyüş hazırlığına gətirdi: Düşməndən qorxmuruq!
    Pakistan İslam Respublikasının HHQ tam döyüş hazırlığına gətirilib.
     25.05.2017
    DİN: Naftalanda 6 tüfəng, 2 qumbara aşkar edilib
    "Araşdırma zamanı A.Süleymanov silahları Laçın rayonundan qaçqın düşərkən özü ilə gətirdiyini bildirib."
     25.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ