EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:13.10.2019 12:34:57

Ötən gün axşam saatlarında Balakən-Qabaqçöl avtomobil yolunda yol qəzası baş verib.

Ötən gün axşam saatlarında Balakən-Qabaqçöl avtomobil yolunda yol qəzası baş verib.

Rayonun Qaysa kənd sakini, 1992-ci il təvəllüdlü Əli Kamil oğlu Xəlilov idarəetdiyi “VAZ 21014” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub.

Qəza zamanı xəsarət alan sürücü Ə.Xəlilov, sürücünün həyat yoldaşı, 1995-ci il təvəllüdlü Həcər Ramazan qızı Xəlilova, avtomobildə olan digər sərnişinlər - Qaysa kənd sakini 1964-cü il təvəllüdlü Ramazan Həybullah oğlu Şabanov və həyat yoldaşı, 1970-ci il təvəllüdlü Solmaz Asyalov qızı Şabanova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Tibb müəssisəsindən bildirilib ki, yaralılardan R.Şabanovun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralıların
xəsarətləri yüngül olduğundan onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Qeyd edək ki, qəzaya düşənlər iki ailənin üzvüləridi. Onlar toy mərasimində iştirak etmək üçün şadlıq evinə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır. (APA)


Balakəndə toy məclisinə gedən iki ailə yol qəzasına düşüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ