1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:29.05.2018 12:59:20

"BakuBus" MMC paytaxtda piyadanın vurulması ilə nəticələnən yol qəzası barədə videogörüntü yayıb.

Qurumdan Trend-ə verilən məlumatda deyilir ki, mayın 22-si saat 23.30 radələrində Bakı şəhəri, Təbriz küçəsində (“Su Sonası” şadlıq sarayının qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntülərə baxılıb. Görüntülərə baxış zamanı aydın olub ki, səkidə dayanmış piyada qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun yoluna çıxıb və həmin nəqliyyat vasitəsinə dəyib. Sürücü dərhal avtobusu saxlayıb və hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) mayın 22-də Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayılıb. “BakuBus” MMC KİV nümayəndələrindən bir daha xahiş edir ki, hadisələrə yanaşmada obyektivliyi daim qorusunlar.


"BakuBus" paytaxtda 5 saylı avtobusun piyadanı vurma VİDEOsunu yaydı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran və İraq sərhəd əməkdaşlığını inkişaf etdirir
    İran Polis Təşkilatı Komandanı general Hüseyn Əştəri İran və İraq sərhəd bölgəsində birgə əməkdaşlığı inkişaf etdirməyə qərar verdiklərini bildirib.
     14.08.2018
    Banklarda dollar və avronun alış-satış qiymətləri - SİYAHI
    Banklarda dollar və avronun alış-satış qiymətləri açıqlanıb.
     14.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ