EURO 2,0368 NEFT 55,35
USD 1,7007 RUB 0,0293
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:18.05.2017 13:14:06

Bakıda oğurluğa cəhd etmiş şəxs polisə müqavimət göstərib

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 17-də Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları polis serjantları Ramin Qədimov və Rüstəm Məhərrəmov paytaxtın Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyində xidmət apararkən Hüseyn Cavid prospektindəki “Favorit” supermarketdən bir nəfərin çıxıb qaçmağa üz tutduğunu və marketin işçilərinin “oğrunu saxlayın” deyə kömək istədiyini görüb. Polis əməkdaşları onu saxlamaq istəyəndə həmin şəxs cibindən bıçaq çıxararaq müqavimət göstərməyə çalışıb. Polislər həmin şəxsi silahsız özünümüdafiə fəndi ilə tərksilah edərək zərərsizləşdirib, bıçaqla birlikdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə təhvil veriblər.
Polis Bölməsində aparılan araşdırma zamanı hadisəni törədən şəxsin Şabran rayon sakini Ramin Paşayev olduğu, həmçinin onun əvvəllər narkotik vasitələrin satışı və soyğunçuluq maddələri ilə iki dəfə məhkumluq həyatı yaşaması da müəyyən edilib.


Bakının mərkəzində insident: polisin üzərinə bıçaq çıxardı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Toyda Rəşad Dağlı ilə Nicat arasında olan davanın görüntüləri - VİDEO
    Davaya səbəb kimi Nicatın Rəşad Dağlının açdığı qafiyəni saxlatdırması göstərilir.
     20.09.2017
    Azərbaycanda bal yarmarkası keçiriləcək
    Arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək.
     20.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ