EURO 2,0152 NEFT 63,86
USD 1,7001 RUB 0,0291
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:26.09.2017 16:40:14

Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 nömrəli məktəbin rus bölməsinin müəllimi 3 il əvvəl işdən çıxarılsa da, bu ildən həmin məktəbdə yenidən işləməyə başlayıb.

İslamazeri.com xəbər verir ki, bu barədə BAKU.WS-ə övladları həmin məktəbdə oxuyan şagirdlərin valideynləri məlumat veriblər.

Qeyd olunur ki, Validə Həsənova 3 il əvvəl 1-ci sinif şagirdini döydüyünə görə işdən çıxarılıb. Bu il həmin müəllim imtahan verib və yenidən 76 nömrəli məktəbdə müəllim kimi işləməyə başlayıb.

Valideynlər iddia edir ki, Validə Həsənova müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanda 39 bal toplayıb, lakin rüşvət verərək, yenidən həmin məktəbdə işləməyə başlayıb.

Onlar V.Həsənovanın övladlarına dərs keçməsini istəmədiklərini bildirirlər və övladlarını məktəbə göndərmirlər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi iddialara cavab verib.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtdakı 76 nömrəli məktəbə sosial məzuniyyət yerinə göndərilən ibtidai sinif müəllimi Həsənova Validə Vahid qızı rus bölməsinin 1-ci sinfində dərs deyir. Validə Həsənovanın dərs dediyi 1-ci sinfində uşaqların dərsə davamiyyəti normaldır və həmin sinifdə dərslər davam edir”, - deyə Təhsil İdarəsindən bildirilib.


Bakının daha bir məktəbində qalmaqal - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Polşada qalmaqal: Yəhudiləri oğru və vətən xainləri ilə bir tutdular
    Polşada iş adamının elanı qalmaqala səbəb olub.
     24.11.2017
    İŞİD daxilində parçalanma: Terrorçuların başları kəsildi - SƏBƏB
    İŞİD terror təşkilatı öz üzvlərini öldürüb.
     24.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ