1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:18.10.2017 12:18:48

Artıq bir aya yaxındır ki, Hicri-qəməri təqvimi ilə Məhərrəm ayını yaşayırıq.

İmam Hüseyn (ə) və tərəfdarlarının qətlə yetirildiyi bu ay matəm ayı olduğundan Məhərrəmlikdə toy və şadlıq mərasimləri keçirilmir.

 

“Yeganə” şadlıq sarayının mühasib köməkçisi Arzu Abbasova modern.az-a bildirib ki, bu ay daxil olandan etibarən indiyə kimi şadlıq evində toylar olmayıb: "Bu, adətən hər il belə olur. Sadəcə bir dəfə rus xanımı toy etmək üçün müraciət etsə də, rəhbərliklə razılıq olmayıb”.

Restoranın məsul şəxsi bu ayda toyların keçirib-keçirilməməsi barədə ona ünvanlanan sualla cavab verərkən belə deyib.

Bakıda fəaliyyət göstərən digər şadlıq saraylarından da bildirilib ki, restoranlarda Məhərrəmlikdə toylar keçirilmir.

Modern.az saytı bu sualla digər bir neçə restorana müraciət edib.

“Mega Palace” şadlıq evinin əməkdaşı Vüsal Şirinov: “Hansısa restoranlarda ola bilər ki, kiçik məclislər olsun. Amma biz şadlıq evi olduğumuz üçün ancaq toy işlərinə baxırıq. Bu baxımdan, məhərrəmlikdə hər hansı toy olmayıb. Lakin 2-3 ay qabaqcadan məhərrəmlikdən sonrakı aylar üçün sifarişlər var”.

“Çanaqqala” restoranının əməkdaşı Rafiq: “Bilirsiniz ki, azərbaycanlılar məhərrəmlik ayında toy etməyin tərəfdarı deyil. Buna görə də bu ayda indiyə kimi hər hansı toy olmayıb. Növbəti aylar üçün isə indidən  müraciətlər var. Bunlar nişan, xınayaxdı mərasimləridir”.

“Gilavar” restoranının administratoru Rufan Qasımov: “Neçə ildir, bu sahədə çalışmağıma baxmayaraq, hələ  məhərrəmlik ayında toylar üçün müraciət edənlərlə rastlaşmamışam. Bilirsiniz, azərbaycanlılar bu ayda toy etməkdən çəkinirlər. Əksəriyyəti düşünür ki, bu ayda toy etsə, ya boşanacaqlar, ya övladları olmayacaq. Tutaq ki, hansısa əcnəbi üçün məhərrəmliyin önəmi yoxdur və toy üçün müraciət edə bilər. Lakin onun da qonaqları azərbaycanlı olacaq axı. Bu baxımdan, hələlik belə bir şeylə rastlaşmamışam. Məhərrəmlikdən sonrası üçün isə artıq sifarişlərimiz var”.

“Monte Kristo” şadlıq evinin meneceri İqbal Aydınoğlu: “Məhərrəmlik ayı çərçivəsində hansısa şənlik və ya toy üçün müraciət olmayıb. Lakin növbəti aylar üçün təyin olunan toylarımız var”.

“Xəmsə” şadlıq evinin administratoru Bəxtiyar: “Məhərrəmlik ayı girəndən bəri  restoranda toy olmayıb. Eyni zamanda, bununla bağlı hər hansı müraciətlər də yoxdur. Amma məhərrəmlikdən sonrası üçün qabaqcadan sifarişlər olur”.

“Su Sonası” şadlıq evinin administratoru Mütalib Əhmədov: “Ümumiyyətlə, Azərbaycanda elə adam ola bilərmi ki, məhərrəm ayında toy eləsin və ya bunun üçün qabaqcadan müraciət etsin? Müəyyən  rayonlarda bu ayda toylar olur. Amma indiyə kimi bizim restorana hər hansı müraciət olmayıb. Noyabrın 21-də məhərrəm ayı bitəcək. Həmin vaxt üçün sifarişlər mövcuddur”.


Bakıdakı məşhur restoran Məhərrəmliyə görə toydan imtina etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zimbabve prezidenti istefa verəcək
    Robert Muqabe Zimbabve prezidenti postunu tərk etməyə razılaşıb
     19.11.2017
    Bu gün İmam Rzanın (ə.s.) şəhadət günüdür
    mam Rza (ə) vətəni Mədinədən çox uzaqlarda, Xorasanın Tus şəhərində qərib halda şəhid olduqdan sonra şəhərin adını Məşhəd, yəni “şəhid olunan yer” qoyublar.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ