1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:07.05.2019 23:18:23

2020-ci ildə “Bakı Metropoliteni”nin Bənövşəyi xəttin üçüncü stansiyası istifadəyə veriləcək.

2020-ci ildə “Bakı Metropoliteni”nin Bənövşəyi xəttin üçüncü stansiyası istifadəyə veriləcək.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, həmin stansiyanın arxasında dönmə kamerası (qatarın bir yoldan başqa yola çıxışını təmin edən infrastruktur) qurulur.

“Bu isə həm hərəkət qrafikini təşkil etmək baxımından qatarların sayının artırılması, həm də Xocahəsən deposunun qismən istifadəyə verilməsini tələb edən prosesdir. Deponun həmin hissəsinin layihələndirilməsi işləri sürətlə davam edir”.

B.Məmmədovun sözlərinə görə, 2018-ci ildə “Avtovağzal” stansiyasından Xocahəsən deposuna aparan tunellərdən biri inşa olunub.

“2018-ci ildə bu tunellərdən biri inşa olunmuşdu. Yaxın aylarda digər tunelin də inşası tamamilə başa çatdırılacaq, yol və digər infrastruktur işlərinin aparılmasına başlanılacaq”. (oxu.az)


Bakıda yeni metro stansiyası istifadəyə veriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mübarək Ramazan ayının 13-cü gününün duası
    Mübarək Ramazan ayının 13-cü gününün duasını təqdim edirik:
     19.05.2019
    Bakıda ticarət mərkəzinin binasında yanğın - VİDEO
    Xəzər rayonunun Zagulba qəsəbəsi ərazisində fəaliyyət göstərən "Favorit" ticarət mərkəzinin yerləşdiyi binanın zirzəmisində yanğın baş verib
     19.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ