EURO 1,8744 TRY 0,2954
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:31.08.2019 23:22:11

Bakının nəqliyyat yükünü azaltmaq üçün tramvayların hərəkəti bərpa edilə bilər.

Bakının nəqliyyat yükünü azaltmaq üçün tramvayların hərəkəti bərpa edilə bilər. Sözügedən ictimai nəqliyyat vasitəsinin yenidən bərpa edilməsi ilə bağlı müzakirələr gedir. İslamazeri.com xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müşaviri Rüfət Mahmud "Xəzər xəbər"ə danışıb.

'Şəhərdə mobilliliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir", - deyə R. Mahmud qeyd edib.

Nəqliyyat eksperti Ərşad Hüseynov da deyir ki, tramvaylar 98-ci ilə qədər Bakıda işlək vəziyyətdə idi. Həmin vaxt paytaxda nəqliyyat sıxlığı az olduğundan onlar rahat hərəkət edə bilirdilər, amma hazırkı vəziyyətə görə tramvayın hərəkəti şəhərdə mümkün deyil.

Ekspert deyir ki, əgər şəhərin mərkəzi küçələrində yolları qazıb tramvay xətti çəkilərsə bu aylar hətta illərlə vaxt aparacaq. Bu da o deməkdir ki, iş gedən vaxt yol bağlanacaq və həmin küçələrdə nəqliyatın hərəkəti iflic olacaq. Ekspert təklif edir ki, şəhər mərkəzi üçün ən əlverişlisi elektobusların alınmasıdır.


Bakıda tramvayların hərəkəti bərpa edilə bilər - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ