EURO 2,0865 NEFT 65,31
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:16.01.2018 13:12:54

2017-ci ilin dekabr ayında torpaq və kommersiya obyektləri bazarında qiymətlərdə artım müşahidə edilib.

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

O qeyd edib ki, dekabr ayında torpaq bazarında qiymətlərdə 1.84 faiz, kommersiya obyektləri bazarında isə 0.75 faiz artım qeydə alınıb. Lakin illik müqayisədə qiymətlərdə azalma müşahidə olunub.

 

Ekspertin sözlərinə görə, il ərzində torpaq bazarında qiymətlərdə 1.65 faiz, kommersiya obyektləri bazarında 20.29 faiz azalma müşahidə olunub.

N.İbrahimov vurğulayıb ki, 2017-ci ilin dekabr ayı ərzində ümumi daşınmaz əmlak bazarında qiymətlərdə 0.77 faiz artım, il ərzində isə 3.46 faiz azalma olub.

Ekspert qeyd edib ki, dekabr ayında qiymətlərdə artım ilin sona çatması ilə əlaqədardır. Onun sözlərinə görə, insanlar öz işlərini il başa çatana qədər yekunlaşdırmaq istəyir və ona görə də bazarda müəyyən aktivlik yaranır ki, bu da öz növbəsində qiymətlərin artmasına səbəb olur.


Bakıda torpaq bahalaşdı - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Bakıya gəlib
    İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkman Bakıya gəlib
     22.02.2018
    Azərbaycanda 20 mindən çox alkoqolik var
    Azərbaycanda yeni qeydiyyata götürülən alkoqoliklərin sayı artıb.
     22.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ