EURO 1,9671 NEFT 75,45
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:18.05.2017 14:01:54

Vətəndaşlar 5 yaşlı uşağı sərxoş qadının əlindən alıb.

Yasamal rayonunda azyaşlı uşaq valideyn şiddətinə məruz qalıb. İstiPress-in əməkdaşının müşahidələrinə əsasən, hadisə Bakı metropoliteninin İnşaatçılar stansiyasında baş verib. Ərazidən keçən vətəndaşlar bir qadının azyaşlı oğlunu döydüyünü görüblər. Qadının sakitləşmədiyini görənlər hadisəyə müdaxilə etmək məcburiyyətində qalıblar. Məlum olub ki, adı Samirə olan qadın alkoqolun təsiri altında anlaqlı vəziyyətdə deyil. Ruslan adlı uşağın 5 yaşı olub və o, qadının anası olduğunu təsdiqləyib. Sakinlər uşağın ac olduğunu nəzərə alaraq ona yemək və su alıblar. Aralarında uşağın yalın ayaqlarına corab alanlar da tapılıb.

Bir müddət sonra qadının "içki dostları" da əraziyə gəlib. Onlar Samirəni aparmaq istəsələr də, o bununla razılaşmayıb. Mənzərəyə tamaşa edənlər arasında Samirəni tanıyanlar da tapılıb. Dediklərinə görə, qadın uzun müddətdir sərxoş vəziyyətdə küçələrdə gəzir. Lakin bu günə qədər onun yanında uşaq görməyiblər. Onun həyat yoldaşının da alkoqolizmdən əziyyət çəkdiyi deyilir. İki saata yaxın metrostansiyanın girişində oturan qadın sonradan oğlu Ruslanı da götürərək ərazidən uzaqlaşıb.


Bakıda sərxoş qadın uşağını hamının gözü önündə döyüb - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanlı deputat: “Gürcüstanın baş naziri, prezidenti və spikeri bir-birinə düşmən kimi baxır”
    Gürcü parlamentinin azərbaycanlı deputatından şok açıqlamalar.
     20.06.2018
    Azərbaycanda bu avtomobil yolu yenidən qurulur FOTO-VİDEO
    23.3 km uzunluğa malik Göyçay rayonunda yerləşən Cəyirli - Alpout avtomobil yolu yenidən qurulur.
     20.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ