1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:31.05.2019 18:24:13

Ötən gün Bakının Nərimanov rayonunda hədələmə yolu ilə iri məbləğdə pul tələb edilməsi faktı qeydə alınıb.

Ötən gün Bakının Nərimanov rayonunda hədələmə yolu ilə iri məbləğdə pul tələb edilməsi faktı qeydə alınıb. Belə ki, Biləsuvar sakinindən 600 min manat tələb edərək onu kriminal avtoritetlərlə hədələyirlər.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən Oxu.Az-a verilən məlumata görə, sahibkar Murad Əsədov 2018-ci ilin noyabrında İsmayıl adlı şəxsdən faizlə 180 min manat alıb.

Zərərçəkən İsmayıla yarım milyon manat ödədiyini təsdiq edir, lakin sələmçi ondan əlavə olaraq 100 min manat ödəməsini tələb edir. Şantajçı deyib ki, əks təqdirdə sahibkarla kriminal avtoritetlər söhbət edəcək və M.Əsədov üçün yaxşı olmayacaq.

Hazırda Nərimanov RPİ-nin əməkdaşları sələmçinin və onun kriminal ətrafının aşkar edilməsi istiqamətində işləyirlər.

Qeyd edək ki, mayın 28-də Nizami rayonunda 10 min manat borca görə bir kişi oğurlanıb. Artıq şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilib.


Bakıda sələmçi iş adamını təhdid edir: Kriminal avtoritetlər işə qarışa bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan ombudsmanı: “Azərbaycanlıların yüksək vəzifələrdə təmsilçiliyi minimal səviyyədədir”
    Ötən il də Marneulidə milli azlıq nümayəndələrinin yüksək vəzifələrdə təmsilçiliyi minimal səviyyədə olub.
     19.09.2019
    Ərdoğan gələn ay Azərbaycana səfərə gəlir
    Oktyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək
     19.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ