EURO 1,9984 NEFT 50,85
USD 1,701 RUB 0,0286
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:18.03.2017 14:07:34

İlin sonunadək bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulub.

Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai internet” şəbəkəsi istifadəyə verilib. Artıq bu gündən etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərində pulsuz internetdən uğurla istifadə edə bilərlər.

Azərtac verir ki, ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir. Tezliklə Dənizkənarı Milli Parkın “Ağ Şəhər” ərazisi də “İctimai internet” şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.

İlin sonunadək bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulub. Bununla yanaşı, Heydər Əliyev Mərkəzinin parkında bu istiqamətdə işlər həyata keçiriləcək.


Bakıda pulsuz “Wi Fi” istifadəyə verildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Təhsil Nazirliyi yeni səlahiyyətlər verdi
    Azərbaycan Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə yeni səlahiyyətlər verilib.
     27.07.2017
    Tanınmış Quran qarisi dünyasını dəyişib - VİDEO
    Dünya şöhrətli misirli Quran qarisi bu gün vəfat edib
     27.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ