EURO 1,9479 NEFT 79,59
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:18.09.2018 23:52:01

Bakıda fəaliyyət göstərən təhsil ocaqlarından birində hicabla bağlı qadağanın olduğu bildirilir.

Bakıda fəaliyyət göstərən təhsil ocaqlarından birində hicabla bağlı qadağanın olduğu bildirilir.

Suraxanı Rayonu Ramin Abiyev adına 85 saylı orta məktəbdə sözügedən qadağanın tətbiq edildiyi söylənilir.

Məlumata görə, təhsil müəssisəsinin direktoru Maxsud Əhmədov qız uşaqlarının məktəbə baş örtüyü ilə gəlməsinə icazə vermir.

İnanclı valideynlər bununla bağlı müvafiq qaydada müraciət etdiklərini bildirirlər. Lakin direktor müraciətlərə məhəl qoymadığından dəyişiklik olmayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətidən dəfələrlə oxşar məsələylə əlaqədar eyni reaksiya verilib.

“Bununla bağlı məktəblərin daxili nizamnaməsi var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş ”Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində təhsil alanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Buna uyğun olaraq həmin prosesə nəzarət də məktəbin özü tərəfindən həyata keçirilir. Yəni məktəblilərin geyimi həmin daxili nizamnamə ilə müəyyən olunur. Geyim tədrisin aparılmasına maneçilik törədə bilməz” - deyə rəsmi açıqlamada bildirilir.

85 nömrəli orta məktəbdən münasibət almağa çalışsaq da telefon zənginə cavab verən direktor müavini Maxsud Əhmədovun iş başında olmadığını söylədi. Ondan mövzuyla əlaqədar açıqlama ala bilmədik. Eyni zamanda məktəb rəhbərinin mobil telefonunun nömrəsini əldə etmək mümkün olmadı. (Minval.İnfo)


Bakıda orta məktəbdə hicab qalmaqalı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bin Salmanı silmək üçün düyməyə basılıb
    Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın hakimiyyətdən uzaqlaşdırılması üçün düyməyə basılıb.
     20.10.2018
    Qarabağ qazimiz müalicə üçün Türkiyəyə göndərilir
    Polkovnik Həsənov: “Qoşqar Hacıyev yaralandığı gündən məhz Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəyə üstünlük verib”
     20.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ