1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:09.01.2017 15:09:45

Bakının Yasamal rayonunda yerləşən "Hacı Cavad" məscidində növbəti "Quran gecəsi" keçirilib.

İslamazeri.az xəbər verir ki, mərasimdə ilahiyyatçı alimlər, ziyalılar, ağsaqqallar, o cümlədən Quran qareləri iştirak ediblər.

Məclisdə çıxış edən məscidinin axundu, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov müsəlmanların 11-ci imamı Həsən Əskərinin (ə) doğum günü münasibəti ilə təbrikini çatdırıb.

Məlumat verilib ki, İmamın atası, müsəlmanların onuncu imamı Həzrət Əliyyən-Nəqi (ə), anası isə Hüdeysə (bəzi mənbələrdə Süsən) adlı təqvalı bir xanım olub.

Həzrətin məşhur ləqəblərindən Nəqi, Zəki, künyəsi isə Əbu Məhəmməd olub. İmam 22 yaşında imamətə yetişib, 28 yaşında isə şəhid olub. İmamın mübarək məzarı İraqın Samirra şəhərindədir.

Daha sonra Quran qareləri müqəddəs kitabdan müxtəlif surələri tilavət ediblər.


Bakıda növbəti "Quran gecəsi" keçirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Suriya ordusu Qəryəteyn şəhərini İŞİD-dən tamamilə azad edib
    Bu gün səhərdən başlamış yekun əməliyyatla şəhərə nəzarət tam bərpa edilib.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ