1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.01.2017 11:16:00

İlkin məlumata görə, hadisə pul üstündə baş verib.

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“İslamazeri.az” teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində Hacıbaba Məmmədov icarəyə götürərək işlətdiyi ərzaq mağazasında naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Həkim nəzarəti altında saxlanılan Hacıbaba Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən naməlum şəxs oradan qaçsa da, polis onu yaxalaya bilib. Hacıbaba Məmmədovu bıçaqlayan 20 yaşlı Əmrah Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.

Cinayəti törədən Əmrah Əlizadə Hacıbaba Məmmədovun qonşusudur.

İlkin məlumata görə, hadisə pul üstündə baş verib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Bakıda mağaza sahibi pul üstündə bıçaqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya və İran: ABŞ-ın nüvə müqaviləsinə qarşı münasibəti məsuliyyətsizlikdir
    İran və Rusiya xarici işlər nazirlərinin müavinləri Amerikanın nüvə razılaşmasına qarşı münasibətini məsuliyyətsiz və gərginlik yaradan tendensiya kimi qiymətləndirib.
     20.10.2017
    11 yaşlı qız ABŞ-ın ən gənc alimi oldu - FOTO
    Qitancali Rao bu ilin 3M Gənc Alim Yarışmasını qazanaraq ABŞ-ın bu mükafatı alan ən gənc alimi olub.
     20.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ