EURO 1,8536 NEFT 52,45
USD 1,7238 RUB 0,0304
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:05.11.2016 21:20:43

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə gələn il Bakıda Qurban Səidin “Əli və Nino” əsərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Bunu “Report”un Gürcüstan bürosuna müsahibəsində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli söyləyib.

Akademik deyib ki, onun rəhbərliyi ilə Tbilisidə səfərdə olan nümayəndə heyəti Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun rəhbərliyi ilə görüşüb. Konfransın Bakıda keçirilməsi barədə razılıq da bu görüşdə əldə olunub.

Konfransa bir çox ölkələrdən ədəbiyyatşünas alimlər, filosoflar dəvət olunacaqlar.

İ.Həbibbəyli deyib ki, Azərbaycan və gürcü ədəbiyyatşünasları, mədəniyyət işçiləri konfransa qədər ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında “Əli və Nino” əsərinin rolu, münasibətlərimizin gələcək inkişafı ilə əlaqədar prioritet istiqamətlər barədə elmi məqalələr, təhqiqat əsərləri hazırlayacaqlar.

Elmi konfransda, həmçinin, Azərbaycan və gürcü ədəbiyyatının müstəqillik illərində keçdiyi inkişaf yolu, qazanılan uğurlar barədə də məlumatlar dinləniləcək.


Bakıda “Əli və Nino” əsərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ali məktəblərin qabiliyyət imtahanının müsabiqə şərtləri məlum olub
    Ali təhsil müəssisələrinin Qabiliyyət İmtahanı komissiyaları üzrə müsabiqənin şərtləri məlum olub.
     30.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ