1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.11.2017 10:10:05

Bakının Nərimanov rayonunda yeraltı piyada keçidindən istifadə etməyən kişini iki avtomobil vuraraq öldürüb.

İslamazeri.com Report-a istinadən xəbər verir ki, hadisə 40-45 yaşlı kişinin Heydər Əliyev prospektində yeraltı piyada keçidinə məhəl qoymayaraq avtomobillərin yüksək sürətlə hərəkət etdiyi yoldan keçmək istədiyi zaman baş verib.

Onu əvvəlcə “10-NZ-777” dövlət qeydiyyat nişanlı avtomobil sağ hissəsi ilə vurub. Markası məlum olmayan digər avtomobil isə yerə yıxılan piyadanı vuraraq öldürüb. Hadisəni törədən ikinci avtomobil qəza yerindən uzaqlaşıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisə yerində ekspertiza işləri aparılıb.

Meyit ölənin şəxsiyyətini müəyyənləşdirmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.


Bakıda kişini iki avtomobil vurub öldürdü - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tanınmış vəkil təqsirləndirilən şəxs qismində
    Mayın 24-də Bakının Səbael Rayon Məhkəməsi hüquqşünas Aslan İsmayılovu Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə təqsirləndirilən şəxs qismində tanıyıb.
     25.05.2018
    Türkmənistanda yenilik: Polislər tualet və zibilxanalarda qəzet araşdırmalarına başlayacaq
    Polis əməkdaşlarına bu məqsədlə zibillikləri də yoxlamaq göstərişi verilib
     25.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ