EURO 1,9658 NEFT 73,55
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:23.02.2018 20:56:56

Festival Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

"Report" xəbər verir ki, festival Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkaman və bir sıra ictimai xadimlər iştirak ediblər.

Ə.Qarayev bildirib ki, artıq bu cür tədbirlərin keçirilməsi ənənəyə çevrilib: "Hər il Azərbaycanla İran arasında bu cür mədəni mübadilələr təşkil olunacaq. Hesab edirəm ki, Azərbaycan tamaşaçısı üçün İran kino sənayesinin ərsəyə gətirdiyi filmlərin baxışları çox maraqla keçəcək. İran və Azərbaycan arasında kino çəkilişində birgə proqramlar həyata keçirilir".

Mərasimdə rejissor İbrahim Hatimikiyanın “Cangüdən” bədii filmi tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, İran Kino Günləri çərçivəsində fevralın 24-də Kamal Təbrizinin “Xəyalın şirin tamı”, fevralın 25-də Əbdülhəsən Davudinin “Divanə top”, fevralın 27-də isə Kiyaməs Purəhmədin “Ayaqqabım hanı?” bədii filmləri nümayiş olunacaq.


Bakıda İran Kinosu Günlərinin açılış mərasimi keçirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda universitet binası uçdu - FOTO
    Sumqayıt Dövlət Universitetinin (SDU) əsas binasının girişi uçub.
     21.06.2018
    ABŞ-ın Əfqanıstanda narkotiklə
    Dünya miqyasında narkotik maddə əkinində aparıcı ölkələrdən biri olan Əfqanıstanda 3 milyon insanın narkotik maddələrdən asılı olduğu bildirilir.
     21.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ