1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.02.2019 20:59:29

Bu gün Bakıda İran İslam İnqilabının 40-cı ildönümü münasibəti ilə rəsmi ziyafət təşkil edilib.

Bu gün Bakıda İran İslam İnqilabının 40-cı ildönümü münasibəti ilə rəsmi ziyafət təşkil edilib.

Azvision.az xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İranın inqilabdan ötən 40 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində müxtəlif sahələrdə böyük uğurların əldə edildiyini vurğulayıb.

Səfir qeyd edib ki, İran İslam Respublikası bu müddətdə regional sabitlik amili kimi çıxış edib, terrorizmin qarşısını almaq üçün ciddi və təsirli addımlar atıb.

İqtisadiyyat naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan hökuməti adından təbrik edib. Azərbaycan-İran əlaqələrinin möhkəmləndiyini diqqətə çatdıran nazir ölkələrimiz arasında qədim tarixi köklərə əsaslanan dostluq münasibətlərinin olduğunu söyləyib.

Ş.Mustafayev iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin bu münasibətlərin inkişafına böyük təkan verdiyini deyib.

Ölkələrimizin münasibətlərindən danışan nazir deyib ki, İran ilə Azərbaycan arasındakı dostluğa və qardaşlığa əsaslanan əlaqələr gündən-günə inkişaf edir.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Bakıda İran İslam İnqilabının 40-cı ildönümü qeyd edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İmami Kaşani: “İmam Zamanın (ə.f) varlığını sual altına aparan düşmənlərlə əməkdaşlığımız yoxdur”
    "Mütəal Allah İmam Xomeynidən sonra bizə böyük nemət olan Ayətullah Xameneini bəxş edib."
     20.02.2019
    ABŞ İŞİD terrorçuları üçün Suriyaya 60 yük maşını sövq edib
    İttifaqın İŞİD terrorçularını xilas etmək üçün 50-60-a qədər yük maşınının Şərqi Fərat bölgəsinə sövq etdiyi bildirilib.
     20.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ