EURO 1,9635 NEFT 79,71
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.02.2018 23:04:01

İranın Azərbaycandakı səfirliyi İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə mərasim təşkil edib.

İranın Azərbaycandakı səfirliyi İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə mərasim təşkil edib.

İslamazeri.com xəbər verir ki, mərasimdə Azərbaycan dövlətinin rəsmiləri, İran İslam Respublikasının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin Azərbaycan nümayəndəsi Höccətülislam vəl muslimin Seyid Əli Əkbər Ocaq Nejad, xarici ölkə səfirləri, Milli Məclisin deputatları, QMİ sədri Şeyx Hacı Allahşükür Paşazadə,  hərbi ataşelər, ictimaiyyət təmsilçiləri, ziyalılar, siyasətçilər və jurnalistlər iştirak ediblər.

İlk növbədə Azərbaycan və İran dövlətlərinin dövlət himnləri səsləndirilib.

Daha sonra İranın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri  Cavad Cahangirzadə İslam İnqilabının yaranma tarixi, inkişafı və ölkənin dünya səviyyəsində tanınmasına işarə edib. Səfir İranın dünyada. xüsusilə reqiondakı anti-terrorizm addımları, radikalızmə qarşı fəaliyyətlərindən söz açıb. 

İran və Azərbaycan arasında dostluq münasibətlərinə də toxunan səfir, dövlət başçılarının iki qardaş dövlət arasında əməkdaşlığına yaratmış şərait və dayaqlarına işarə edib. Turizmin iki ölkə arasında dostluğun artmasına da səbəb olduğunu qeyd edən səfir, iki ölkənin siyasi və iqtisadi əməkdaşlığından da danışıb.

Azərbaycan dövlətinin adından, İran İslam Respublikasının milli bayramı münasibətilə təşkil edilən tədbirə, Azərbaycanın İqtisadiyyat naziri qatılıb. Nazir iki xalqın ortaq mənəvi dəyərlərinin olduğunu qeyd edərək, əlaqələrin yüksək səviyyədə inkişafından danışıb. Bir neçə gün öncə, Astara-Astara qatar reysinin (yük) açılmasına işarə edən nazir, 2017-ci ildə ticarət dövriyyəsinin 30 faiz artmasını, əlaqələrin inkişafına bariz nümunə olduğunu bildirib.

Nazir iki ölkə arasında təhsil, humanitar, nəqliyyat, energetika və digər sahələr haqda da danışaraq bu əlaqələrin reqion üçün əhəmiyyətə malik olmasını qeyd edib.


Bakıda İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə tədbir keçirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Trampdan etiraf: Ordumuz Çin və Rusiyadan geri qalır
    "Birinci onlar başladılar."
     15.10.2018
    Kim Çen In ABŞ-ın bu istəyinə
    Şimali Koreya lideri ABŞ-ın dövlət katibinin xahişinə mənfi cavab verib.
     15.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ